“Formula-1” yarışları Ağdama köçürülsün – TƏKLİF

06.06.2022 - 11:46

İqtisadçı ekspert Natiq Cəfərli Qarabağın, işğaldan azad edilən torpaqların canlanması, iqtisadiyyata qazandırılması, əhalinin ora köçməsinin stimullaşdırılması üçün kreativ qərarlara ehtiyac olduğunu bildirib.

Cumhuriyyet.az xəbər verir ki, N.Cəfərli “Formula-1” yarışlarının Ağdama köçürülməsinin kreativ qərar ola biləcəyini vurğulayıb:

“Şəhər içində gözəl trek tikmək, maraqlı marşrut təşkil etmək olar. Bu, həm dünyanın diqqətini Qarabağın bərpasına yönəltmək, həm iqtisadi canlanma yaratmaq, investisiyalar cəlb etmək üçün maraqlı, doğru addım olardı, həm də Bakının yükü azalar, şəhər əhalisinin “Formula-1” çətinliyinə son verərdi”.

Ekspert düşünür ki, yarışlar keçirilməyəndə ilboyu o trek yüksək sürətlə maşın sürmək istəyən vətəndaşlar üçün əyləncə, yarışma yeri, həm də ənənəvi avtomobil xidmətlərinin, yeni maşın bazarının yaranmasına səbəb olar.

Xatırladaq ki, iyunun 10-12-si tarixlərində Bakıda növbəti “Formula-1” yarışları keçiriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=176274

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031