Conson Prezident İlham Əliyevə təşəkkür edib
Böyük Britaniyanın Baş naziri Boris Conson Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Cumhuriyyet.az-ın xəbərinə görə, Conson minnətdarlığını IX Qlobal Bakı Forumunun başlaması münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə göndərdiyi məktubda çatdırıb.
Baş nazir IX Qlobal Bakı Forumunun açılışı münasibətilə İlham Əliyevi təbrik edib:
“Keçmişin, indinin və gələcəyin liderlərinə günün ən aktual problemlərini nəzərdən keçirmək üçün bu mühüm fürsəti təmin etdiyiniz üçün bir daha təşəkkür edirəm”.
Short URL: http://www.cumhuriyyet.net/?p=176890