Sabah 43 dərəcə isti olacaq

15.07.2022 - 13:10

Bakıda və Abşeron yarımadasında iyulun 16-da hava şəraiti yağmursuz keçəcək.

Milli Hidrometeorologiya Xidmətindən Cumhuriyyet.az-a verilən məlumata görə, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 34-39° isti, Bakıda gecə 24-26° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 55-60 % olacaq.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 37-40°, bəzi yerlərdə 42-43° isti, dağlarda gecə 10-15° isti, gündüz 27-32° isti olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=178509

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728