Prezident baş prokuror və Təhlükəsizlik Xidmətinin rəhbəri barədə qərar verəcək
Baş prokuror İrina Venediktovanın və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanovun müvəqqəti olaraq tutduqları vəzifədən kənarlaşdırılması onların işdən çıxarılması demək deyil,
Cumhuriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezident Aparatı rəhbərinin müavini Andrey Smirnov bildirib.
Xatırladaq ki, prezident Vladimir Zelenski bazar günü Venediktova və Bakanovu vəzifələrindən müvəqqəti uzaqlaşdırıb.
Smirnovun sözlərinə görə, hazırda Venediktova və Bakanovun vəzifə səlahiyyətləri dayandırlıb.
Yekun qərarı rəsmi yoxlamaların və araşdırmaların nəticələrinə əsasən prezident Zelenski verəcək.
A.Smirnovun sözlərinə görə, Venediktova və Bakanov istintaqa təsir göstərə bilməmək üçün vəzifədən uzaqlaşdırılıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=178737