Ermənistan bankları Qarabağ ermənilərinə kredit verməyi DAYANDIRIB

09.08.2022 - 13:21

“44 günlük müharibəyədək uzunmüddətli istehkamlara əsaslanan, xeyli hərbi texnika və sursat ehtiyatına malik erməni qüvvələri Azərbaycan ordusuna ciddi müqavimət göstərə bilmədi. İndi nə o silahlar, nə də istehkamlar var”.

Cumhuriyyet.az xəbər veriri ki, bunu Ermənistanın “Hraparak” qəzeti Qarabağın ermənilər yaşayan ərazisindəki hazırkı vəziyyətlə bağlı məqaləsində yazıb.

Qəzet qeyd edir ki, 44 günlük müharibə nəticəsində qondarma “DQR” ərazisi dörd dəfə azalaraq 3170 kvadrat kilometrə düşüb.

“İndi “DQR” müdafiə oluna bilməyən kiçik bir torpaq parçasına çevrilib. “DQR” su ehtiyatlarının böyük hissəsindən, 36 su elektrik stansiyasının 29-dan, əkin sahələrinin ¾-dən, mal-qaranın yarısından və turizmdən əldə olunan gəlirdən məhrumdur. Ermənistan bankları “DQR”in gələcəyinə inanmadığı üçün qarabağlı ermənilərə kredit verməyi dayandırıblar”, – “Hraparak” yazır.

Nəşrin bildirdiyinə görə, 44 günlük müharibədəki məğlubiyyətə görə qarabağlı ermənilər arasında döyüş ruhu və müqavimətə hazırlıq ciddi şəkildə zəifləyib.

“Bunu hətta “DQR”də müqaviləli hərbçilər ordusu toplamağın mümkün olmaması da sübut edir”, – “Hraparak” yazır.

Qeyd edilir ki, Emənistan hazırda Azərbaycanın təzyiqi ilə öz hərbi hissələrini “DQR”dən çıxarır və separatçıların öz qüvvələri də azdır.

“Qarabağa silah vermək mümkün deyil, çünki sərhəd nəzarəti azərbaycanlıların əlindədir və bundan başqa, onu haradan almaq lazımdır? Ermənistandakı ordu da o qədər də yaxşı vəziyyətdə deyil”,-deyə nəşr Qarabağ separatçılarının düşdüyü durumu təsvir edib.

Short URL: http://www.cumhuriyyet.net/?p=180392

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728