DAK İH-nin genişləndirilmiş iclası keçirilib

02.11.2022 - 18:27

Bu gün Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin və Bakı təmsilçiliyinin üzvlərinin iştirakı ilə genişləndirilmiş yığıncaq keçirilib. DAK həmsədri, millət vəkili Sabir Bəy Rüstəmxanlı öz nitqində bölgədəki geopolitik durumdan və DAK qarşısında duran vəzifələrdən bəhs etmişdir.
DAK-ın İdarə Heyətinin üzvü, konqresin Güney Azərbaycan təmsilçisi Babək Muğanlı, İdarə Heyətinin üzvləri Zəlimxan Məmmədli, Adil Minbaşı, Xəzər Emin, DAK-ın Avropa üzrə təmsilçisi Əli Hacı Ağaevli və digərləri çıxış edərək İran İslam cümhuriyyətində genişlənən xalq hərəkatı fonunda Güney Azərbaycanın üzləşəcəyi problemlərdən və bu hərəkata dəstəyin vacibliyindən danışıblar. Çıxışlarda DAK-in gəncləşməsi , İdarə Heyətinin fəaliyyətinin genişləndirilməsi, təşkilatın proseslərə çevik reaksiya verməsi haqda təkliflər səslənib.
DAK Həmsədri Sabir Rüstəmxanlı yekun çıxışında indiki dönəmdə Güney Azərbaycan Hərakatı ilə bir yerdə olmağın zəruriliyindən, təşkilatın güclənməsi üçün İdarə Heyətinin görəcəyi işlərdən danışmışdır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=184350

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930