Azərbaycanda faydalı qazıntı yataqları hərraca çıxarılır

05.01.2023 - 19:15

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yer təkindən istifadə ilə bağlı fevralın 15-də keçirəcəyi hərraca 5 faydalı qazıntı yatağı çıxaracaq.

Bu barədə Cumhuriyyet.az-a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bunlar, Xızı rayonundakı “Şurabad” qum yatağı, Balakən rayonundakı “Göyəmtala” gil yatağı, Qazax rayonundakı “Aşağı Salahlı” gil yatağı, “Daş Salahlı-III” sement xammalı yatağı, Ağstafa rayonundakı “Acıdərə” vulkan külü yataqlarıdır.

Başlanğıc qiyməti 4 991 – 166 400 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 8 fevral 2023-cü il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat, 31 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaq.

Hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% beh ödəmək istəyənlər Əmlak Xidmətləri Məkanına da müraciət edə bilərlər (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20). Hərrac elə burada keçiriləcək.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187072

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728