TDT-nin Baş Qərargahında bayraqlar yarıya endirilib

07.02.2023 - 11:44

Türkiyədə baş verən zəlzələdə ölənlərin xatirəsinə elan edilən 7 günlük milli matəmlə əlaqədar Türk Dövlətləri Təşkilatının (TDT) Baş Qərargahındakı bayraqlar yarıya endirilib.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, qərargahda yerləşən bütün üzv və müşahidəçi dövlətlərin bayraqları yarıya qədər endirilib.

“Qardaş Türkiyənin xalqı və rəhbərliyi ilə hər zaman həmrəy olan TDT bir daha türk xalqına başsağlığı verir, həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyir”, – deyə TDT-dən bildirilib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə dəhşətli zəlzələ olub. Nəticədə 3381 nəfər ölüb, 20 426 nəfər yaralanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=187614

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031