Allahşükür Paşazadə ABŞ-a getdi

27.02.2023 - 12:07

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün Amerika Birləşmiş Ştatlarına səfərə yola düşüb.

Bu barədə Cumhuriyyet.az-a İdarədən bildirilib.

QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Isa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin və Stirlinq Fondunun dəvətilə 28 fevral – 4 mart tarixlərində ABŞ-ın Yuta Ştatının paytaxtı Solt-Leyk-Sitidə səfərdə olaraq.

Səfər proqramında Yuta Senatının prezidenti Stüart Adams, Yuta ştatının vitse-qubernatoru Diedre Henderson, İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin rəhbərləri, G20 Dinlərarası Forum qrupu, habelə Xədicə Məscidində müsəlman İcması, Kol Ami sinaqoqunda Yəhudi İcması və Azərbaycan diasporasının üzvləri ilə görüşlər nəzərdə tutulub.

Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Brigham Young Universitetini ziyarət edəcək, burada müəlim heyəti və “Eksperimental Dinlərarası Dialoq” auditoriyasının tələbələri qarşısında mühazirə ilə çıxış edəcəklər.

Həmçinin Yuta Beynəlxalq Hüquq və Dini Araşdırmalar Mərkəzində, Yuta Ştatı Dünya Ticarət Mərkəzində, Yuta Ştatının Katital Konfrans Mərkəzində, İsa Məsih Sonuncu Gün Müqəddəsləri kilsəsinin Humanitar Mərkəzində də görüşlər olacaq.

Azərbaycan nümayəndə heyəti tərkibində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev, Azərbaycandakı Dağ yəhudiləri icmasının başçısı Milix Yevdayev, Alban-Udi xristian dini icmasının sədri Robert Mobili, Azərbaycandakı Katolik icmasının rəhbəri Yepiskop Vladimir Fekete səfərdə iştirak edirlər.

Short URL: http://www.cumhuriyyet.net/?p=188965

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930