Monteneqronun baş nazirindən ÇAĞIRIŞ

05.07.2023 - 13:00

“Biz beynəlxalq universal dəyərlərə hörmət etməli və sülhə, təhlükəsizliyə töhfə verməliyik”.

Cumhuriyyet.net-ın məlumatına görə, bunu Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər İclasında Monteneqronun Baş naziri Dritan Abazoviç deyib.

O bildirib ki, aqressiya, zorakılıq qəbuledilməzdir.

“Bu gün qlobal məkanda güclü əməkdaşlığa ehtiyac var. Bizim Azərbaycanla yaxşı əlaqələrimiz var. Bizim ölkələr həmişə universal dəyərlərə hörmət edirlər”, – deyə o əlavə edib.
Baş nazir bildirib ki, Qoşulmama Hərəkatı böhranların həll yolunun tapılması üçün müzakirələr platforması təklif edir.

O, Azərbaycanın Hərəkat çərçivəsindəki təşəbbüsləri dəstəklədiklərini də vurğulayıb.

Short URL: http://www.cumhuriyyet.net/?p=192883

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930