Vatikanda QMİ-nin nümayəndəliyi açılır?

10.07.2023 - 22:00

Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəliyinin təsis olunmasını istərdik.

Cumhuriyyet.net xəbər verir ki, bu barədə QMİ sədri Allahşükür Paşazadə Bakıda Müqəddəs Taxt-Tacın Dövlət katibi Ali həzrət Kardinal Pyetro Parolin ilə görüşü zamanı bildirib.

“Bu, ənənəvi əlaqələrimizin təşkilati baxımdan daha da möhkəmlənməsi üçün vacibdir”, – o qeyd edib.

Allahşükür Paşazadə vurğulayıb ki, hazırda Dünya dini liderlərinin III Sammitinə hazırlıq işləri görülür.

“Əminəm ki, dünyanın mühüm dini mərkəzi olan Vatikan bu forumda da ən yüksək səviyyədə təmsil olunacaqdır, inşallah”, – o deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=193181

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728