Dövlət sərhədini pozan Ermənistan vətəndaşı saxlanıldı
Avqustun 1-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Laçın rayonunun Zabux kəndi ərazisindən keçən hissəsində dövlət sərhədini pozmuş Ermənistan vətəndaşı 1962-ci təvəllüdlü Begleryan Rashid Aramis saxlanılıb.
Bu barədə Cumhuriyyet.net-ə DSX-dən məlumat verilib.
Bildirilib ki, faktla bağlı araşdırma aparılır.
Short URL: http://www.cumhuriyyet.net/?p=193998