iPhone 15 bu qiymətə olacaq – Məbləğ açıqlandı

31.08.2023 - 21:04

ABŞ-də yerləşən texnologiya nəhəngi öz yeni məhsullarını təqdim etməyə hazırlaşır.

Cumhuriyyet.net azxəbər-ə istinadla bildirir ki, “Apple”ın təqdimat tarixi açıqlanıb. iPhone 15 seriyası və digər məhsullar 12 sentyabr 2023-cü il, saat 20:00-da təqdim ediləcək.

“Apple”ın ‘Wonderlust’ tədbiri çərçivəsində 6,1 düymlük iPhone 15, 6,7 düymlük iPhone 15 Plus, 6,1 düymlük iPhone 15 Pro və 6,7 düymlük iPhone 15 Pro Max modellərini təqdim edəcəyi gözlənilir.

Digər tərəfdən, tədbirdə yeni iPhone 15 modelləri ilə yanaşı, Apple Watch Series 9 və Apple Watch Ultra-nın da yeni versiyasının təqdim ediləcəyi gözlənilir. Bundan əlavə, tədbirdən sonra iOS 17, iPadOS 17, watchOS 10 və tvOS 17-nin buraxılması gözlənilir.

Məlumata görə, iPhone 15-in qiyməti 3800 AZN-dən başlayacaq. 2023-cü ilin ən bahalı iPhone modeli olan iPhone 15 Pro Max 5400 AZN-dən başlayan qiymətə satılacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=195207

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728