Vahid Ələkbərovun sərvəti fantastik həddə artdı

01.11.2023 - 14:35

2023-cü ilin əvvəlindən Rusiyanın ən varlı adamlarının ümumi sərvəti 24 milyard dollar artıb.

Cumhuriyyet.net Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” Milyarderlər İndeksi məlumat yayıb.

İndeks milyarderlərin sahibi olduğu şirkətlərin səhmlərinin qiyməti əsasında hesablanıb. BBİ reytinqi dünyanın 500 ən zəngin adamını siyahıya alıb. Hazırda 25 Rusiya vətəndaşı da siyahıda var. Onların ümumi sərvəti noyabrın 1-nə 302,5 milyard dollar təşkil edib.

“Lukoyl”un təsisçisi Vahid Ələkbərov digərlərindən daha çox varlanıb. Yanvar-noyabr aylarında onun sərvəti 7,83 milyard dollar artaraq 23,2 milyard dollara çatıb. Beləliklə, o, ölkənin ən varlı milyarderləri siyahısında üçüncü yerdə qərarlaşıb. “Interros” idarəetmə şirkətinin sahibi və prezidenti Vladimir Potanin hələ də 29,4 milyard dollarla (ilin əvvəlindən əlavə 781 milyon dollar) reytinqdə birinci yerdədir. Onu “Novatek” və “Sibur” şirkətlərinin ortaq sahibi Leonid Mixelson (27,7 milyard) izləyi .

Ən böyük itki Dağıstan Respublikasından olan Federasiya Şurasının üzvü və iş adamı Süleyman Kərimova dəyib – onun sərvəti 1,55 milyard dollar azalaraq 7,44 milyarda düşüb. Siyahıda sonuncu yerdə 4,98 milyard dollar sərvətlə (ilin əvvəlindən 250 milyon artıb) “Maqnit” in yaradıcısı Sergey Qalitski qərarlaşıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=196703

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyun 2024
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930