Fərhad Əliyev Sumqayıtda yağ zavodu tikdirir: qohumunu aldadıb pulunu kəsdi

09.11.2017 - 23:21

Cəbrayılov Kənan Eybulla oğlu 1 ay əvvəl eks-nazir Fərad Əliyev üçün gördüyü işin pulunu ala bilməyib. Bu barədə yenicag.az-a izolyasiya mütəxəssisi Kənan Cəbrayılovun özü məlumat verib. Onun sözlərinə görə, 1 ay əvvəl sözügedən işlə əlaqədar Sumqayıt şəhərində Fərhad Əliyevə məxsus yeni tikilməkdə olan yağ zavoduna gəlib.
Burada tikilinin motorxanasındakı izolyasiya problemini həll etmək üçün işə başlayıb. Zavodun tikinti işlərinə iş icraçısı Əli adlı şəxs başçılıq edib. Usta deyir ki, lazımı bütün işlərini yekunlaşdırdıqdan sonra, ona veriləcək 1000 manatın 200-ü ödənilsə də, qalanını verməkdən müxtəlif yollarla imtina ediblər.
Dəfələrlə get-gələ salınan Kənan Cəbrayılov şəxsən Fərhad Əliyevlə görüşmə imkanı tapıb onunla danışa bilsə də, bu da bir işə yaramayıb. Fərhad Əliyev ona çatacaq məbləği verməyib. Şikayətçinin dediyinə görə, hətta gördüyü işin material pulunu belə ona ödəməyiblər. Səbəb belə göstərmədən iş icraçıları şikayətiçinin telefonlarına cavab verməyiblər.
Kənan Cəbrayılovun dediyinə görə, o, Fərhad Əliyevlə uzaq qohum sayılır. Bunu da eks-nazirlə söhbətində ona bildirib. Məsələ ilə bağlı iş icraçısı Əli ilə əlaqə saxladıq. O isə məsələnin bizə dəxli olmadığını, şikayətçi ilə öz aralarında olan iş olduğunu deyib telefonu qapatdı.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=104007

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Noyabr 2017
BE ÇA Ç CA C Ş B
« Okt    
 12345
6789101112
13141516171819
20212223242526
27282930