Xaləddin İsgəndərovdan seçkiqabağı təxribat

26.03.2018 - 09:46

İcra başçısının əlaltılarından əhaliyə təpikli-buldozerli bayram sürprizi

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov və onun əlaltılarının Binəqədi rayonu ərazisində törətdikləri qanunsuzluqlar ölkə mediasının mütəmadi surətdə diqqət yetirdiyi məsələlərdən biri olub. Bu günlərdə cumhuriyyet.az-a icra başçısı və onun yaxın çevrəsi ilə bağlı maraqlı informasiya daxil olub. Məlumata görə, rayon ərazisinə şəxsi mülki kimi baxan və icra hakimiyyətinin razılığı olmadan daşın daş üstə qoyulmasına imkan verməyən X.İsgəndərov Novruz günlərində də sadə vətəndaşları tək qoymayıb. Belə ki, Novruz bayramı ilə əlaqədar olaraq bir neçə günün qeyri-iş günü elan edilməsinə baxmayaraq, bütün əlalatılarını səfərbər edən icra başçısı, rayonun mərkəzi hisssindən tutmuş ucqarlarına qədər bir-birinin ardınca reydlər təşkil edib. Bu reydlər əsasında onlarla vətəndaşa məxsus tikililərin sökülməsi həyata keçirilib ki, bu da vətəndaşların haqlı narazılığına səbəb olub.
İcra başçısı məhkəmə qərarı olmadan tikililəri necə sökdürür?
X.İsgəndərovun həyata keçridiyi söküntü siyasəti ilə bağlı əhalini narazı salan məqamlardan biri də icra başçısının bütün bu söküntüləri qanunsuz şəkildə – məhkəmə qətnaməsi olmadan həyata keçirməsi ilə bağlıdır. Belə ki, hər hansı bir tikintinin sökülməsi üçün qanun məhkəmə qərarının mövcudluğunu şərt kimi müəyyənləşdirsə də. X.İsgəndərovun dəstəsi tərəfindən reallaşdırılan söküntülərdə qanunun bu prinsipi gözlənilmir. Görünən odur ki, X.isgəndərov hər hansı bir tikilinin sökülməsi üçün məhkəmə qərarına deyil, bu tikiliyə təpik vuracaq 1-2 qoluzorluya və ağır texnikaya ehtiyac duyur ki, Binəqədi icra başçısının ixtiyarında bu qəbildən olan şəxslər və texniki avadanlıqlar kifayət qədərdir. Məhz bu səbəbdən də Novruz bayramı günlərində əhaliyə “təpikli-buldozerli” sürpriz edən icra başçısı bayram günlərində xeyli sayda insanın qanuni haqq və əsəbləri ilə oynamağı bacarıb.
Xaləddin İsgəndərovdan sovet dövrünün yadigarlarına “qanuni hücum”
Mənbənin sözlərinə görə, X.İsgəndərovun tabeçiliyində çalışanların sovet dönəmindən qalma ev və yardımçı təsərrüfatlara “hücumu” da kəskinləşib. Rayon ərazisində. xüsusilə də bağ massivlərində sovet dönəmindən qalma tikililər və torpaq sahələri ilə bağlı vətəndaşlardan sənəd tələb edən icra hakimiyyəti əməkdaşları, müvafiq sənədi olmayan insanları evlərinin söküləcəyi, torpaq sahələrinin əllərindən alınacağı ilə hədələyir. Bu isə vətəndaşların narazılığına səbəb olmaqla yanaşı, onlarda mövcud idarəetmə sisteminə qarşı inamsızlıq formalaşdırır.
Mənbə hesab edir ki, yol üstündə olduğu söylənilən X.İsgəndərovun atdığı addımların qarşısı alınmazsa, bu, Binəqədi rayonu ərazisində seçki ərəfəsində ciddi etirazlara səbəb ola bilər ki, bu da nə dövlətin, nə də xalqın maraqlarına uyğun deyil.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=116064

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2018
BE ÇA Ç CA C Ş B
« Apr    
 123456
78910111213
14151617181920
21222324252627
28293031