Deputat Heydər Əliyev Fondu adına baxça tikdirib arvadının adına özəlləşdirdi – VİDEO

08.07.2018 - 23:01

8 il Nəsimi rayon İcra Hakimiyyətinin başçısı olan,hazırda millət vəkili Nəsib Məhəməliyevlə bağlı maraqlı bir məlumat ortaya çıxıb.Belə ki,sabiq icra başçısı vəzifədə olduğu zaman rayon ərazisində, 4-cü Mikrayon Mircəlal Paşayev küçəsində 5 mərtəbəli binaların həyətində Heydər Əliyev Fondu adından uşaq baxçası kompleksi inşaa etdirib. Bir çoxları,o cümlədən də  ərazidə yaşayan vətəndaşalar seviniblər ki, uşaqlarının baxçaya aparmaları üçün elə də uzaq məsafə qət etməyəcəklər və yeni inşaa edilən baxçada uşaqları tərbiyyə alacaq.Amma siz öz fikirinizdə olun, görün Məhəməliyev nə fikirdə olub.

Bu məlumatla bağlı apardığımız araşdırma zamanı artıq 6 ildən yuxarıdı inşaa edilən və içərisində bütün lazimi avadanlıqlar quraşdırılan baxçanın ağzına qıfıl vurulub. Səbəbi isə Məhəməliyevin inşaa etdirdiyi baxçanı istifadəyə verdirə bilməməsidir.

Məlumata görə, ölkəmizin 1-ci xanımı, Ulu Öndər Heydər Əliyevin adını daşıyan Fondun prezidenti,Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə məktəb və baxçalarla bağlı həyata keçirdiyi çoxşaxəli proqramlardan istifadə edən Nəsib Məhəməliyev icra başçısı olduğu dövürdə fondun adından istifadə edərək,məhz Mehriban xanım Əliyevanın babası Mircəlal Paşayevin adını daşıyan küçədə 2 mərtəbəli,təqribən 200 uşaq yerli olan baxça kompleksini inşaa etdirir.Amma icra başçısı vəzifəsəsindən uzaqlaşdırıldıqdan sonra,inşaa etdiridiyi baxçanı təhfil verdirmir.

Əldə etdiyimiz məlumata görə, Nəsib Məhəməliyev bu baxçanı həyat yoldaşının adına özəlləşdirib və baxçanın fəaliyyətinə icazə verilmədiyinə görə, qapısına qıfıl vurduraraq, ağzı bağlı saxlatdırır.Qeyd edək ki,bu gün ölkəmizdə məktəb və baxçaların sayı az olduğundan ölkə rəhbərliyi bu sahədə çatışmamazlıqları aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edir.Amma gəl ki, Nəsib Məhəməliyev ölkə üzrə baxçaların çatışmamazlığını görməzdən gələrək,Ulu Öndər Heydər Əliyevin adını daşıyan fondun adından istifadə edib inşaa etdirdiyi və həyat yoldaşının adına özəlləşdirdiyi baxçanı dövlətə,yəni həqiqi sahibinə qaytarmır. Niyə və hansı səbəbdən bunu edir,bunu isə yəqin ki,özü gözəl bilir. (Veteninfo.az)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=121237

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Sentyabr 2018
BE ÇA Ç CA C Ş B
« Avq    
 12
3456789
10111213141516
17181920212223
24252627282930