Bu gün yüksək vəzifə tutan, ölkənin idarə olunmasında yaxından iştirak edən, hər biri müxtəlif sahəyə məsul məmurların arasında vaxtilə digər sahələrdə çalışmış şəxslər də az deyil. Azxeber.com vəzifə təyinatına qədər rəsmi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş yüksək vəzifəli məmurlarla bağlı araşdırma aparıb.

Araşdırma nəticəsində məlum olub ki:

İqtisadiyyat naziri Şahin Mustafayev 1991-1992-ci illərdə “Spektr” şirkətinin sahiblərindən olub və şirkətdə maliyyə-mühasibat işlərinin həyata keçirilməsinə rəhbərlik edib.

Təhsil naziri Ceyhun Bayramov 2002-2013-cü illərdə “OMNİ” hüquq şirkətinin direktoru olub. Vəkillik xidməti ilə məşğul olan şirkət bu sahədə öncüllərdən olub.

Gənclər və İdman naziri Azad Rəhimov 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-2006-cı illərdə “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev 2006-2009-cu illərdə “Paşa İnşaat” MMC-nin direktoru, 2007-2009-cu illərdə “Bakı Dəmir-Beton-8” ASC-də baş direktor vəzifələrində çalışıb.

Fuad Nağıyev ile ilgili görsel sonucu

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2004-2005-ci illərdə “Nəbz” Tibb mərkəzinə, 2008-2016-cı illərdə isə “Medeks” MMC-yə rəhbərlik edib.

Xətai rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov 2004-cü ildə Sumqayıt şəhərində yaradılmış “Real Tibb Mərkəzi” MMC-nin təsisçisi və direktoru olub.
 

Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev 2003-2012-ci illər ərzində özünün təsis etdiyi “Euro style” LTD şirkətinin rəhbəri olub. Şirkət bahalı avtomobillərin ölkəyə idxal və satışını həyata keçirir.

Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti məşğul olub. İddialara görə, şirkət taxıl məhsullarının idxal və satışını həyata keçirib.

Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev 1994-2000-ci illərdə “Xal-xal” kommersiya şirkətinin direktoru vəzifəsində işləyib. Şirkət əsasən idxal və satışla məşğul olub.
Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov 1997-1999-cu illərdə “Güzdək” daş karxanasında direktor, 1999-2005-ci illərdə isə “Güzdək-Günay” firmasında direktor vəzifəsində işləyib.
Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov “Bərpaçı-A” MMC-nin prezidenti olub. Bu şirkətin təsisçisi olan Ş.Alxasov idarəçiliyə gələnə qədər sahibkarlıq faəliyyəti ilə məşğul olub.

Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov 1992-2003-cü illərdə biznes fəaliyyətilə məşğul olub. Bu müddətdə “Fədai” kooperativinə və “Aslan R.Q” firmasına rəhbərlik edib.