“Abşeron” gənclər şəhərciyində lift problemi: “Uğur” lift servisinin uğursuz fəaliyyəti

12.11.2018 - 00:21

Xırdalan şəhərində yerləşən “Abşeron” Gənclər Şəhərciyinin 54-cü blok sakinləri redaksiyamıza müraciət ediblər. Onlar sözügedən blokda 10 günə yaxındır liftin işləməməsi və aidiyyəti qurumların buna laqeyd yanaşmasından şikayətləniblər. Sakinlərin sözlərinə görə, 11 mərtəbədən ibarət olan binanın bu blokunda yaşayan ailələr olmazın əzab- əziyyətini çəkirlər: “Ötən həftənin 6-ci günündən etibarən lift işləmir. Məsələ ilə bağlı ilk olaraq şəhərciyin “JEK”inə müraciət etdik. “JEK”dən bildirildi ki, bu işlə “Uğur” Lift Servis məşğul olmalıdır. Çünki şəhərciyi inşa edən “Akkord” tikinti şirkəti ilə adıçəkilən lift xidməti arasında müqavilə bağlanıb və bu müqaviləyə əsasən, kompleksin lift problemini həmin xidmət öz üzərinə götürüb. Bunun müqabilində isə “Akkord” sözügedən lift xidmətinə vəsait ödəyir”.
Sakinlər diqqətə çatdırıblar ki, “JEK”in məlum açıqlamasından sonra sözügedən lift xidməti ilə əlaqə saxlayıblar və öncə bu şirkət problemin 2 gün ərzində həllini tapacağını söyləyib: “İndi də bəyan edirlər ki, lift bir ay müddətinə düzələcək. Liftin hər hansı bir bahalı detalının sıradan çıxdığını və o detalın Azərbaycanda olmadığını bəhanə gətirərək problemi yoluna qoymurlar. Baxın, yayın bu qızmaq günəşində insanlar necə dözsün bu məşəqqətə ? Yaşlı insanlar, körpələr həyətə düşüb havasını dəyişmək istəyir, amma liftin olmamasına görə, bunu edə bilmir. Hətta elə ağsaqqal və ağbirçəklər var ki, düşüb özünə çörək belə ala bilmir. Neynəsin bu qədər pilləkanı nə düşmək mümkündür, nə də qalxmaq”.
Sakinlər onu da əlavə ediblər ki, ötən gün orta yaşlı bir xanım, çörək alıb evə qalxarkən təngənəfəs olaraq halı pisləşib və qonşular təcili yardım çağırıblar: “Həkimlər o qadını çox böyük çətinliklə həyata qaytarıb. İndi görün, necə çətinlik çəkirik ? Bizə görün necə zülm verirlər ? Artıq kimə müraciət edəcəyimizi də bilmirik. Bu mənada düşündük ki, bəlkə media imdadımıza yetişə !”
Biz də “Şərq” qəzeti olaraq məlum müraciəti nəzərə alaraq müvafiq qurumlarla əlaqə saxlayıb, məsələnin nə vaxt çözüləcəyini öyrənməyə çalışdıq. Bakı Şəhər Lift İdarəsinin səlahiyyətli nümayəndəsi İslam Mirzəyev idarənin bu məsələyə nəzarət etmədiyini diqqətə çatdırdı. O vvurğuladı ki, yaşayış kompleksini inşa edən tikinti şirkəti hər hansı lift servisləri ilə müqavilə imzalayır, binanın lift xidmətlərini onlara həvalə edir: “Abşeron Gənclər Şəhərciyinin liftlə təmin edilməsi məsələsi, lift problemi yarandıqda təmir işlərinin aparılması müqavilə imzalanan lift şirkəti ilə razılaşdırılır. Dolayısıyla bu məsələdə həmin şirkət məsuliyyət daşımalıdır. Lift xidmətləri ilə məşğul olan özəl şirkətlər Bakı Lift İdarəsinə tabe deyil. İdarə sadəcə Bakı şəhər İcra Hakimiyyətinin balansında olan yaşayış binalarına nəzarət edir. Bu komplekslər icra hakimiyyətinin balansımızda olmadığından müvafiq tikinti şirkəti ilə müqaviləmiz də yoxdur”.
“Uğur” Lift Servisi elə bizə də açıqlamasında dedi ki, 54-cü blok sakinləri daha bir ay gözləməlidirlər: “54-cü blokun istifadəyə yararsız liftini təmir etmək üçün xaricdən müvafiq avadanlıqlar, hissələr sifariş verilib. Bu vasitələrin ölkəyə gətirilməsi təxmini bir ay vaxt alacaq. Bir neçə gün əvvəl müraciət edən sakinlərə qısa müddətdə lift təmir edəcəklərini bildirdik. Lakin əlimizdə olan avadanlıqlar yetərli olmadığından xaricdən sifariş verməli olduq. Buna görə, liftin təmiri gecikir”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=124462

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031