Deputat Sona Əliyeva təhsil sərgisi biznesinə başlayır

21.03.2019 - 14:54

Milli Məclisin ən qalmaqallı deputatlarından olan Sona Əliyeva yeni və maraqlı bir biznesə başlayır. Editor.az xəbər verir ki, deputat “Təhsilli Gələcək” İctimai Birliyinin adından Bakıda Türkiyə universitetlərinin Təhsil sərgisini keçirməyə hazırlaşır.

Sona Əliyevanın bununla bağlı artıq bir çox Türkiyə universitetlərinə müraciət etdiyi bildirilir. Qeyd edilir ki, deputat müraciətlərində Milli Məclisin ve parlamentin Elm və Təhsil Komitəsinin üzvü olduğunu və ayrı-ayrı tədbirlərdə Türkiyə dövlətinin rəsmi şəxsləri ilə çəkdirdiyi ayaqüstü şəkilləri xüsusi qabardaraq, universitetləri sərgidə iştirak etməyə təşviq etmək istəyir. Sərgidə iştirak hər universitetə iki-üç min dollara başa gələcək.

Xaricdə təhsil sərgiləri kifayət qədər ciddi gəlir gətirən sahələrdən hesab olunur. Bir sıra şirkətlərin bu sahədən çəkilməsindən sonra sərgi biznesinde ciddi boşluq hiss edilirdi. Görünür, Sona Əliyeva bu boşluğu doldurmaq və palamentdə keçirdiyi son illərdən qazancla çıxmaq üçün hərəkətə keçib. Deputatın rəhbəri olduğu deyilən “Təhsilli Gələcək” İctimai Birliyi ilə bağlı mediada hər hansı məlumata rast gəlinmir.

Sona Əliyevanın özünü isə Milli Məclisin ən qalmaqallı deputatlarından biri hesab etmək olar.Onun adı indyədək mediada bir sıra qalmaqallarda – ailəsi ilə əmlak davasında , falçı yanında “dil-ağız” bağlatdırmaq kimi qəribə olaylarda hallanıb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=127413

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031