Məzahir Pənahov və qohumları dövlət içində imperiya qurub: vəzifədəki pənahovlar…

15.05.2020 - 23:25

Ötən gün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun qardaşı Elxan Pənahov Baş Prokurorun əmri ilə yaşla əlaqədar təqaüdə göndərildi. Elxan Pənahov 2011-ci ildən Yevlax rayonunun prokuroru idi. Ondan əvvəl Salyan rayon prokuroru vəzifəsini icra edib. Yaşla əlaqədar təqaüddən söz düşmüşkən Pənahovların ağsaqqalı Məzahir Pənahovun 69 yaşı var. Azərbaycanda da 65 yaşda pensiyaya yaşının çatdığını nəzərə alsaq, M. Pənahov çoxdan təqaüdə getməli idi.
Məzahir Pənahovun uzun illər vəzifəsində olmasının səbəbi kimi atası Tat Məhəmmədin hələ sovet dönəmində ümummilli lider Heydər Əliyevlə dostluq münasibətlərinin olması göstərilir. 2000-ci ildən MSK-nın sədri olan Məzahir Pənahov ötən müddət ərzində 3 referendum (2002, 2009, 2016), 4 prezident (2003, 2008, 2013, 2018), 5 parlament (2000, 2005, 2010, 2015, 2020) və 4 bələdiyyə (2004, 2009, 2014, 2019) seçkisi keçirib.
Deyilənə görə, artıq Məzahir Pənahova seçki keçirmək nəsib omayacaq. Bildirək ki, prosedura görə MSK üzvlərini Milli Məclis parlamentdə təmsil olunan çoxluq, bitərəflər və azlıqda olan partiyaların irəli sürdüyü namizədlər əsasında formalaşdırır. Güman ki, YAP bu dəfə onun namizədliyini irəli sürməyəcək. Məzahir Pənahov MSK sədri kimi övladlarından tutmuş bütün yaxın qohum-əqrabasına “gün ağlaya” bilib. Belə ki, M.Pənahovun kiçik oğlu ABŞ-da təhsil alan Araz əvvəllər Milli Təhlükəsizlik Nazirliyində işləyib. 2013-cü ildə isə öz istəyi ilə işdən çıxıb.
Digər oğlu Məhəmməd Pənahov isə 2010-cu ildə qonşusu, Tibb Universitetinin professoru Oleq Mirzəyevi döyməsi ilə gündəmə gəlib. Bu hadisədən sonra polisdə araşdırma başlanılsa da Məzahir Pənahovun sayəsində iş ört-basdır edilib və Məhəmməd Pənahov 1 illiyə xaricdə yaşamağa məhkum olub.
Hər kəsin “Mamed” kimi tanıdığı Məhəmməd Pənahovun həmçinin zərərli vərdişlərinin olduğu bildirilir. Adətən Mamed gecə saatlarında dostları ilə evə gəlir. Bir qədər sonra isə mənzildən qalxan səs-küy səsləri qonşuları ciddi şəkildə narahat edir. Bu səs-küydən isə ən çox onunla qonşu olan Ziyafət Əsgərovun rahatlığı pozulur. Qeyd edək ki, ziyalıların evi kimi bilinən və Nəsimi rayonu, Şamil Əzizbəyov 156 ünvanında Məzahir Pənahovla Ziyafət Əsgərov qonşu olublar. Lakin sonradan Məzahir Pənahov həmin binadan köçıb və mənzili oğluna verib. Son illərdə isə Məhəmməd Pənahovun “Ecores İnternational” firmasında işlədiyi məlum olub. Bu şirkət isə MSK sədrinin müavini Rövzət Qasımova məxsusdur. Şirkət 1999-cu ildə Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində qeydiyyatdan keçib. Firmanın hüquqi ünvanı Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsində ev 157, mənzil 23 göstərilib.
Qızı Ülkər Pənahova Xarici İşlər Nazirliyinin əməkdaşıdır. Ülkər Pənahovanın yoldaşı Xaliq Qocayev Ədliyyə Nazirliyinin əməkdaşıdır.
7 qardaş olan Pənahovlardan Mahir Pənahov 2013-cü ildən etibarən Vergilər Nazirliyində çalışıb Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin rəisi, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini işləyib, dünyasını dəyişib.
Digər qardaşı isə Şahin Pənahov 2019-cu ilin sentyabr ayında BDU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə təyinat alıb.
Başqa bir qardaşı, texnika üzrə elmlər doktoru Tariyel Pənahov 1989-cu ildən 1994-cü ilədək “Azərüzüm” Sənaye Birliyinin rəisi, 1994-cü ildən 1998-ci ilədək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzüm Emalı İdarəsinin rəisi işləyib. 1998-ci ildə Azərbaycan Dövlət Əmlak Komitəsinin sədrinin müşaviri vəzifəsinə təyin edilib. Üzümçülük-şərabçılıq sahəsində əldə etdiyi nailiyyətlərinə görə 2007-ci ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru vəzifəsinə təyin edilib.
Məzahir Pənahovun adı açıqlanmayan başqa bir qardaşı isə Rusiyada saxta konyak istehsalı ilə məşğul olub. Elə bu səbəbdən də həbs edilib. Məhz Məzahir Pənahovun ciddi səyləri nəticəsində həbsdən azad olunaraq Azərbaycana dönən qardaşı saxta konyak istehsalını Azərbaycanda davam etdirib.
Məlumata görə, onun istehsal etdiyi konyaklar insan orqanizmi üçün zərərli olan simuş maddəsindən hazırlanır. Bu maddə spirtdən ayrılır və insan orqanizmi üçün zərərli hesab edilir. MSK sədrinin qardaşı həmin maddəyə rəng qataraq konyak hazırlayır. Bu konyaklar Azərbaycanda satılır.
Mahir Pənahovun oğlu Yasamal Rayon İcra Hakimiyyəti başçısının Sahə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Fərid Pənahovdur.
Həmçinin 2012-ci ildə ABŞ-ın dünya şöhrətli West-Point Hərbi Akademiyasının ilk azərbaycanlı məzunu diplomunu alan Hüseyn Pənahov da Məzahir Pənahovun qardaşı oğludur.
Bir qardaşı oğlu isə Nəsimi Rayon Məhkəməsinin hakimi Babək Əkbər oğlu Pənahovdur.
Məzahir Pənahovun varidatına gəldikdə isə, 9-cu mikrarayonda 5 otaqlı bir evi, Novxanıda bir bağ evi, Nizami metrosu yaxınlığındakı hündürmərtəbəli binaların birində 5 otaqlı bir evi, Teleqüllənin yanında, Səbail, Abbasqulu Abbaszadə, 2 küçəsində 4 mərtəbəli, hər tərəfi şüşə ilə bəzədilmiş villası, qızının Həsən Əliyev (keçmiş İnqilab) küçəsində bir evi, Zuğulbada bağ evi, Nərimanovda, “Montin parkı” yaxınlığında bir evi, Ceyhun Hacıbəyli küçəsi ilə Həsən Əliyev küçəsinin birləşməsində yerləşən möhtəşəm villası var. Üstəlik bu qədər mülkə sahib olan M.Pənahov dövlət bağlarından da yararlanıb, oradan da ev əldə edib. Fəaliyyəti müvəqqəti dayandırmış “La Villa” adlı restoranı, övladları Məhəmməd və Araz Pənahovların bahalı avtomobilləri, (10 OU 002- Araz Pənahovun avtomobillərindən birinin nömrəsi) və.s… //yenisabah.az//

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=146776

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930