Bakı meri özünü biabır etdi: Eldar Əzizovun anlaşılmaz danışığı – VİDEO

20.05.2020 - 01:22

Xəbər verdiyimiz kimi, ötən gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın növbəti brifinqi keçirilib. Bununla bağlı cumhuriyyet.az bildirir ki, Budəfəki brifinqdə Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədovla yanaşı, Bakı Şəhər İcra hakimiyyətinin başçısı Eldar Əzizov, eləcə də TƏBİB rəsmisi iştirak edib.
Brifinqdə ən yadda qalan və insanların qınağına tuş gələn isə Bakı meri Eldar Əzizovun çıxışı olub. Belə ki, Bakı Şəhər İcra hakimiyyəti başçısının daha çox rus sözlərindən istifadə etməsi, Azərbaycan dilində səlis danışmaqda çətinlik çəkməsi birmənalı qarşılanmayıb və gülüş hədəfi olub. Bundan başqa E.Əzizovun məsələlərə normal baxışla yanaşa bilmədiyi bəlli olur. Belə ki, onun hətta İbrahim Məmmədovdan kömək istədiyi açıq görünür. Bakı merinin çıxışı zamanı işlətdiyi “Maska içmək” ifadəsi isə cənab Əzizovun nitqinin kulminasiya nöqtəsinə çevrilib. Məhz bu ifadə sosial şəbəkələrdə yayılıb və ictimai qınağa səbəb olub.

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147067

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
May 2020
BE ÇA Ç CA C Ş B
« Apr    
 123
45678910
11121314151617
18192021222324
25262728293031