Kür üzərində brokonyer mafiyası: qanunsuz balıq ovunun təfərrüatları

01.06.2020 - 09:49

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin BQM-nin və BEMB-nin Şəmkir XPM-nin əməkdaşları təcili şəkildə qətiyyətli addımlar atmalıdırlar. Bu sözləri Mediaxeberleri.Az xəbər portalının baş redaktoru Ələddin Kəsəmənli Kür çayında balıqların kütləvi şəkildə məhv edilməsinə fikir bildirərkən özünün facebook hesabında yazıb.
Kür çayında qanunsuz ov edən və elektrik avadanlığından istifadə olunmaqla balıqların kütləvi şəkildə məhv edilməsində şübhəli bilinən, iddialara görə Tovuzun Əyyublu kənd sakinləri Vahid (Sazan ləqəbli) və “Dovşan ləqəbli” şəxslər bu işlə məşğuldurlar. Su Nəqliyyatı Polis İdarəsinin Şəmkir Xətt Polis Məntəqəsinin əməkdaşları ekoloji cinayətlərin törədilməsində iştirakı olan şəxsləri müəyyən edib həbs etməlidirlər.
Bununla bağlı cumhuriyyet.az-a daxil olan məlumata görə, brokonyerlər rezin qayıqlarla təchiz olunub, akkumulyator və gərginlik artıran cihaza elektrik naqilləri bağlanmış “domça” adlandırılan balıqovlama vasitəsi ilə kür çayında balıqları məhv edirlər. Həmin şəxslər Azərbaycanın müvafiq qanunvericiliyinə zidd olaraq elektrik avadanlığı ilə balıqları kütləvi şəkildə məhv etməklə qırmızı kitaba düşmüş balıq növlərinin də kökünü kəsirlər. Xatırladaq ki, əvvəllər bu cür kustar üsulla hazırlanmış, heç bir standartlara cavab verməyən elektrik avadanlığı ilə respublikanın sututarlarında, o cümlədən Qazax, Ağstafa və Tovuz ərazilərindəki göllərdə, digər məkanlarda balıq ovunun həmin məkanlardakı ekoloji mühitə, faunaya ciddi ziyan vurmasıyla bərabər, belə fəaliyyətlə məşğul olan şəxslərin də həyat və sağlamlığı üçün ciddi təhlükə mənbəyidir və bu yaxınlarda Qərb bölgəsində məhz eyni üsulla qanunsuz balıq ovu edən bir şəxsin elektirk cərəyanı vurması nəticəsində dünyasını dəyişmişdi.
Restoran sahiblərinə və vətəndaşlarımıza elektrik avadanlığı ilə ovlanan balıqların insan sağlamlığı üçün çox təhlükəli olduğunu bir daha diqqətə çatdırırıq, eləcə də kafe və bazarlarda bu yolla ovlanan balıqları almamağı tövsiyə edirik.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=147497

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930