Pedaqoji Universitetin Şamaxı filialında qalmaqal: təhsilə kimlər rəhbərlik edir?

01.06.2020 - 13:44

Son zamanlar Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında baş verən qanunsuzluqlar və təhsil adına yol verilən biabırçılıqlarla bağlı ölkə mediasında silsilə yazılar dərc olunur. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumatda bildirilir ki, ADPU-nin Şamaxı filialının bir neçə işçisi bildirir ki, çox təəsüf doğuran hal odur ki, nə ADPU-nin rəhbərliyi, nə də Təhsil Nazirliyi baş alıb gedən qanunsuzluqlara heç bir reaksiya vermirlər. Şikayətçilər bunun səbəbini ancaq onunla izah edirlər ki, ADPU -nin Şamaxı filialında baş verənlərdən rəhbərlik məlumatlıdır. Onlar bunu da vurğulayıblar ki, ADPU -nin Şamaxl filialının direktoru onun əməllərindən rəhbərliyin və Təhsil Nazirliyinin əlaqədar qurumlarının xəbərdar olmasını heç gizlətmir də. Xanım direktor narazı adamlara şəxsən deyir ki, “gedin dərdinizi kimə istəyirsiniz deyin”.
Şikayətçilər bildirib ki, ADPU -nin filialında çalışan işçilərin çoxusu orta və orta ixtisas təhsillidirlər. Elmi dərəcələri olan insanlar kənarda saxlanıldığı halda, qanunlara və pedoqoji qaydalara zidd olaraq heç bir elmi dərəcəsi olmayan şəxslər filialda aparıcı vəzifələrdə çalışırlar və bu şəxslərin demək olar ki, hamısı ADPU-nin Ağcabədi filialının direktoru filologiya üzrə fəlsəfə doktoru Tünzalə Yusifova üçün tələbələrdən pul toplamaqla məşğuldurlar. Digər tərəfdən şikayətçilər bildirir ki, əgər hüquq-mühafizə orqanları, ya da Hesablama Palatası filialın maliyyə xərclərini yoxlayarlarsa, çox böyük korrupsiya və yeyinti halları ilə rastlaşacaqlar. Onlar bildirir ki, filialın müəllim və hətta tələbə heyətində bu hal heç kimdə şübhə doğurmur.
Misal üçün şikayətçilər bildirir ki, filialın müəllim heyətinin böyük hissəsi Azərbaycan Müəllimlər İnstitunun Gəncə və Qazax filiallarının diplomlarını daşıyırlar. Bunu təsbit etmək isə çox asandır. Azərbaycan Müəllimlər İnstitunun Gəncə və Qazax filiallarının diplomlarınin böyük bir hissəsi isə bildiyimiz kimi saxta elan olunub və hazırda məhkəmələrdə bu işdər araşdırılır. Həmçinin həbs olunanlar da var. Mətanət Fərzəliyeva isə ADPU -nin Ağcabədi filialını məhz bu «pedeqoqlara» həvələ edib. Peşəkar pedaqoqlar isə kənarda qalıb.
Rayondan verilən məlumata görə rayonun yeni icra başçısı sözügedən təhsil müəsisəsində baş verənlərdən xəbərdardır və rayonda belə bir korrupsioner təhsil işçisini görmək istəmir.
Bu günlərdə isə cumhuriyyet.az-ailginc məlumat daxil olub. Həmin məlumatda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında yüksək vəzifə tutan bir şəxsin illər öncə tutduğu əməldən bəhs olunur. Kameralara əks olunan əməl Sumqayıt şəhərində baş verib və hüquq mühafizə orqanlarının araşdırmasına qədər böyüyüb. Hadisənin uzaq Qahirə şəhərində yox ölkədə baş verdiyini nəzərə alsaq bu məlumatın uzun müddət gizlin qalmayacağını təxmin etmək olar. Hadisənin geniş təfərrüatı haqda növbəti yazımızda…

http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png http://www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png

Short URL: http://www.cumhuriyyet.net/?p=147641

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
İyul 2020
BE ÇA Ç CA C Ş B
« İyn    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031