Su üsyanı başladı: Saatlıda suya görə aksiya – VİDEO

04.07.2020 - 00:21

İyulun 3-də Saatlı rayonunun Nabatkənd, Çolpı və Orta Muğan kəndlərinin bir qrup əhalisi etiraz aksiyası keçirməyə cəhd göstərib. Onlar su verilməsi tələbilə Bakıya gedən magistral yolu bağlamağa çalışıblar. Bu haqda aksiya iştirakçıları məlumat verib.

“Aylarla su üzü görmürük. Nə təsərrüfatımızı sulaya bilirik, nə içməyə, nə də əl-üzümüzü yumağa su tapa bilirik. Yay aylarıdır, istidir. Nə qədər dözmək olar? Bizə su verilsin.”, – aksiyaçılardan biri deyib.

Sakinlər bildirib ki, rayonda su problemi artıq iki ildən çoxdur başlayıb. “Saatlıda və ətraf rayonlarda bəzi kəndlərin örüş torpaqlarını əkinçilik üçün verdilər. 100 hektar torpaq əkinçiliyə verildiyi üçün indi su çatmır. Rayona verilən suyun həcmi dəyişməyib, amma su əkinlərə görə daha çox xərclənir. Ona görə su problemi yaranıb. Son aylar isə su problemi dözülməz olub”.

Daha sonra aksiya iştirakçıları “Su-su!” qışqıraraq Saatlı Rayon İcra Hakimiyyətinin binasına yürüş edərək, orada aksiyanı davam etməyə cəhd göstəriblər. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Etirazçılardan saxlanılan olmayıb. Aksiya insidentsiz başa çatıb. Problemlə bağlı rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Azadlıq Radiosu

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=149237

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031