Kapital Bankda qara buxalteriya: Saxta “Birkart” ƏMƏLİYYATI – FAKT

27.07.2020 - 01:40

“Kapital Bank” məhsulu olan “Birkart” plastik kartda qara mühasibatlıq olduğu iddia edilir. Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı kommersant.az-a daxil olan çoxsaylı şikayətlərdə iddia olunur ki, “Kapital Bank” müştərilərinin adına saxta “Birkart” açaraq çirkli pullarını yuyur, ya da bankın əməkdaşları bu yolla özlərinə qazanc əldə edir. Belə ki, iddialara görə sözügedən bank bu əməliyyatları qara mühasibatlığı üçün müştərilərindən gizlin həyata keçirir.

Redaksiyamıza daxil olan şikayətlərdən birini sizə olduğu kimi təqdim edirik: “BirBankda” baxıram kartlar bölməsində mənə aid olmayan və mən tərəfdən açılmayan bank kartı görünür. Üzərində də əməliyyatlar olunur. Misal digər kart hesabı artıq özü-özünə necə açılmışdısa, elə də bloklanıb. Açıldığına dair də müraciət etməmişəm bloklanmasına dair də.

İkinci “Birkart” da belə. Bu gün baxıram ki, başqa bir kart da əlavə olunub. Halbuki kart sifarişim olmayıb. Hardan çıxır bu kart? Bu hal tək məndə də olmur, ətrafımdakı insanlarda da belə hadisələr olur. Kart hesabı açılır və üzərində əməliyyatlar olunur. Çox güman ki, orda qara mühasibatlığı idarə edirlər ya da saxta kreditlər açıb pulları mənimsəyirlər. Necə ki, “Zamin Bank”da olunduğu bu yaxınlarda məlum oldu”.

Məsələ ilə bağlı “Kapital Bank”a rəsmi müraciət ünvanladıq. Müraciətin ünvanladığı gündən 13 gün keçməsinə baxmayaraq “Kapital Bank” tərəfindən məlumat təkzib edilməyib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=150974

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031