“EuroHome”un rəhbəri və oğlu məhkəməyə verildi

30.01.2024 - 16:15

“EuroHome” tikinti materialları bazarı məhkəməyə verilib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bazar barədə “Azsığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət olunub.

Müraciətin predmeti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr (sığorta müqaviləsi üzrə mübahisələr) ilə bağlıdır. Məhkəmə işində cavabdeh şəxs kimi isə bazarın sahibi Azay Möhnətov və onun bazarda vəzifə tutan oğlu Aqil Möhnətov tanınıb. Azay Möhnətovun həmçinin, AF Holdinq Şirkətlər Qrupunun və “Uğur-97” şirkətinin prezidenti olduğu bildirilir. İş adamının ölkədə nəhəng bina tikintisi ilə də məşğul olduğu qeyd edilir.

Qeyd edək ki, “EuroHome” ticarət mərkəzi isə 2012-ci ildə nəhəng inşaat materialları bazarı kimi hektarlarla ərazidə tikilib. 2019-cu ildə və 2020-ci ildə bazarda iki böyük yanğın baş verib. Həmin vaxt bazardakı sahibkarların mallarının sığortası məsələsi də gündəmə gəlib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=198231

XƏBƏR LENTİ

virtual_roadi

19.02.2024
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2024
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
26272829