Britaniya məhkəməsi Cavanşir Feyziyevin mülkləri üzərindəki həbs qərarını saxlayıb

11.03.2024 - 12:36

Böyük Britaniya məhkəməsi Londonda Azərbaycan Milli Məclisinin üzvü Cavanşir Feyziyev və həyat yoldaşına məxsus $50 milyon dollar dəyərindəki mülkə həbs qoyulması ilə bağlı qərarı qüvvədə saxlayıb. Bu barədə Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya Hesabatı Layihəsi (OCCRP) məlumat verib.

Müvafiq mülkiyyət sənədləri ilə tanış olan OCCRP Feyziyev ailəsinə məxsus mülklərə 2023-cü ilin iyun ayında Britaniyanın Milli Cinayət Agentliyinin (National Crime Agency – NCA) müraciəti əsasında həbs qoyulduğunu aşkarlayıb. NCA Feyziyev və həyat yoldaşının dondurulmuş mülkləri çirkli pulların yuyulması yolu ilə əldə etdiyinə dair ciddi dəlillərin olduğunu, əməliyyatların daha əvvəl çirkli pulların yuyulmasında iştirak etdiyi aşkar edilən şirkətlərin vasitəsilə həyata keçirildiyini iddia edir.

Feyziyev ailəsinin vəkili həbs qərarının ləğv edilməsi üçün vəsatət təqdim edib. Bunu Amerikanın Səsinə Cavanşir Feyziyevin köməkçisi təsdiq edib.

Fevral 22-də baş tutan məhkəmə dinləməsində Feyziyev ailəsinin vəkili Milli Cinayət Agentliyinin zəruri prosedurlara əməl etmədiyini və mülklərin qanunsuz yolla əldə edildiyini mübahisələndirmək üçün əsaslı dəlillərin olmadığını iddia edib.

Məhkəmə martın 8-də vəsatəti rədd edib.

Britaniyanın Transparency International təşkilatı qərarı alqışlayıb və indi Milli Cinayət Agentliyinin daşınmaz əmlakın “cinayət yolu ilə əldə edilmiş gəlirlər”lə əldə edildiyini sübut etmək imkanı olduğunu vurğulayıb.

“Azərbaycan kimi dövlətlərdə vətəndaş cəmiyyətinə və müstəqil mediaya qarşı təzyiqləri nəzərə alsaq, Böyük Britaniyaya daxil olan cinayət və korrupsiyadan əldə olunan hər hansı şübhəli gəlirlərin mümkün qədər təqib edilməsi çox vacibdir. Hökumət hüquq-mühafizə orqanlarını iqtisadi cinayətlərin düzgün araşdırılması üçün lazım olan resurslarla təmin etməli və Birləşmiş Krallığın çirkli pulların sığınacağı roluna son qoymalıdır”, Transparency International nümayəndəsi Stiv Qudriç deyib.

Böyük Britaniyanın Milli Cinayət Agentliyi bundan əvvəl Cavanşir Feyziyevin ailə üzvlərinin hesablarındakı 20 milyon dollardan artıq məbləği “Azərbaycan landromatı” kimi tanınan beynəlxalq çirkli pulların yuyulması mexanizmi ilə qanunsuz əldə edildiyini iddia edərək dondurmuşdu.

2022-ci ilin yanvarında “Westminster Magistrates” məhkəməsi pulların qanuni biznes əməliyyatlarından əldə edildiyini göstərən sənədlərin “tamamilə uydurma olduğunu və hesabları təşkil edən şəxslərin çirkli pulların yuyulması fəaliyyətlərini ört-basdır etmək üçün hazırlandığını” göstərən sübutlara istinad edərək dondurulmuş məbləğin 7 milyondan dollardan artıq bir hissəsinin müsadirə edilməsinə qərar verib.

OCCRP-nin 2017-ci ildə dərc edilən “Azərbaycan landromatı” araşdırma yazılarında Cavanşir Feyziyevə məxsus olduğu iddia edilən iki şirkətə çirkli pulların yuyulması mexanizmi ilə 138 milyon dollar vəsait daxil olduğu qeyd edilir.

2023-cü ildə Azərbaycan Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə mükafatlandırılan Cavanşir Feyziyev bugünədək verdiyi açıqlamalarda hər hansı çirkli pulların yuyulması və ya başqa qanunsuz əməllərlə əlaqəsi olduğunu qəti şəkildə inkar edib.

Məhkəmə prosesi davam etdikcə, bu iş maliyyə cinayətlərinə qarşı mübarizədə və qlobal maliyyə sistemlərinin bütövlüyünün qorunmasında beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayır.(Turan)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=199128

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930