Anar Məmmədovun İngiltərədə 20 restoranı üzə çıxdı- SENSASİON İDDİALAR

10.07.2024 - 11:19

Musavat.com xəbər verir ki, sabiq nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov barədə sensasion iddialar yayılıb. Bu barədə Qərb mediasında (Azadlıq Radiosu) detallı materiallar dərc olunub. Həmin materiallar görə, “…Amerika qızartma toyuq zənciri KFC-nin İngiltərədə françayzinqinə 43 yaşlı Anar Məmmədovun milyonlarla dollar xərclədiyini üzə çıxıb. KFC şəbəkəsinə yatırımları Məmmədovun Britaniyadakı biznesinin bir hissəsidir. “Transparency International UK” təşkilatının Britaniya torpaq reyestrindən əldə etdiyi qeydlərə görə, bu portfolioya Londonun ən bahalı küçələrində toplam dəyəri 30 milyon dolları aşan daşınmaz əmlak da daxildir”.

Materialda daha sonra vurğulanır: “Azərbaycan mediasında Məmmədovun Britaniyada KFC restoranlarını satın alması barədə 2022-ci ilin sonlarında ilk dəfə məlumat yayılanda onun atası, keçmiş nəqliyyat naziri Ziya Məmmədov oğlunun Britaniyada bir dənə də restoranının olmadığını söyləmişdi.

Ancaq Azadlıq Radiosunun araşdırması A. Məmmədovun hazırda İngiltərənin şimal-qərbində azı 20 restoranının olduğunu üzə çıxarıb. O, anonim ofşor şirkətindən yararlanaraq, azı, 10 il öncədən həmin sərmayəsini yatırmağa başlayıb”.

Musavat.com xatırladır ki, Anar Məmmədov Azərbaycan mediasının məşhur personajlarındandır. Bir zamanlar o, ayı əti yeməsi iddiası ilə aylarla gündəmdə olub. (Qəbələdə restoranların birinin həyətində saxlanan ayını böyük məbləğdə pul ödəyərək, kəsdirmiş, ətindən kabab bişirtdirərək, dostları ilə yemişdi – Red.)
“Yeni Müsavat” qəzeti də daxil olmaqla, bu iddia barədə yazan yerli medianı məhkəmələrə cəlb etmişdi.

img1575873.jpg (19 KB)

Daha sonra isə o və əmisi oğlu Aynar Məmmədov “Yeni Müsavat” qəzetinin müxbirini döydürmüşdülər.

Anar Məmmədov əyləncəyə, eyş – işrətə meyıli birisidir, adı daim neqativlərdə, qalmaqallarda hallanır.

Davamı olacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=202701

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930