Sərkisyan komandasında Qarabağ qorxusu

31.03.2015 - 02:40

sarkisyan4“Görünür ki, qoşunların təmas xəttində erməni tərəfinin strategiyasını müasirləşdirmək və indiki işlərin şərtləri əsasında uyğunlaşdırmaq lazımdır. Proqramlar hazırlayıb dəqiq həyata keçirmək lazımdır ki, cəbhə xəttində müqavilə əsasında xidmət edənlər yox, daha çox təcrübəli hərbi qulluqçular olsun”.Bunu “Aravot” nəşrinə müsahibəsində Ermənistanın sabiq milli təhlükəsizlik naziri David Şahnazaryan deyib.

Keçmiş nazir cəbhə xəttində yaranmış gərginliyi və Ermənistan ordusunun böyük itki ilə üzləşməsini şərh edərkən bildirib ki, müasir silahlı konfliktlərdə informasiyaya böyük əhəmiyyət verilir. Onun sözlərinə görə Ermənistan hakimiyyəti xarici siyasi fəaliyyət, çoxtərəfli diplomatik fəallıq, humanitar məsələlər və ictimai sektora diqqət ayırmaqdansa, hərbi toplanışa üstünlük verir.

David Şahnazaryan Ermənistan prezidenti Serj Sərkisyanın Rusiyanın Azərbaycana silah satmasından narahatlığını dilə gətirməsinə də münasibət bildirib. Sabiq nazir hesab edir ki, Serj Sərkisyanın məlum bəyanatı Moskvaya bir mesaj idi.

“Çünki hərbi əməliyyatların başlanmasında təkcə Bakı yox, Moskva da məsuliyət daşıyır. Ümumiyyətlə Rusiya ilə Azərbaycan arasında hərbi əməkdaşlıq faktı çox acınacaqlıdır”,-deyə o bildirib.

David Şahnazaryan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesinin növbəti raundu ilə bağlı proqnozlar da səsləndirib. Onun fikrincə, Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü bu ilin aprel ayının sonunda Parisdə baş tutacaq.

“Hesab edirəm ki, görüş Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə baş tutacaq. Görüşdə humanitar məsələlərin müzakirəsi nəzərdə tutulur”.(modern.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=20380

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728