Ermənistan himnini oturaraq dinləyən samboçumuza ŞOK CƏZA

01.04.2015 - 15:47

rrRusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda mükafatlandırma mərasimi zamanı Ermənistan himnini oturaraq dinləyən Azərbaycan yığmasının üzvü Bəxtiyar Abbasov bürünc medalından məhrum ediləcək. Bu barədə “Report”a Azərbaycan Sambo Federasiyasının (ASF) prezidenti Ceyhun Məmmədov məlumat verib.
Onun sözlərinə görə, 90 kq çəki dərəcəsində yer alan B.Abbasov ən azı 2 il müddətinə bütün yarışlardan diskvalifikasiya ediləcək: “Bunu mənə Avropa Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev dedi. O, həm də Beynəlxalq Sambo Federasiyasının (FİAS) vitse-prezidentidir. Yaxın vaxtlarda FİAS-ın İntizam Komitəsinin toplantısı keçiriləcək və qərar rəsmiləşəcək”.
ASF prezidenti bildirib ki, idmanı siyasətə qatmaq düzgün deyil: “Biz idmançımızın özü ilə söhbət etdik. Dedi ki, bu hərəkəti qəsdən etməyib. Heç açıqlamasında da elə ifadələr işlətmədiyini bildirdi. Həqiqətən də qəsdən etsəydi, himn səsləndirildikdən sonra elə digər mükafatçılarla birgə erməni samboçu ilə şəkil çəkdirməzdi. Amma istənilən halda, himn çalınarkən onu ayaqüstə dinləməmək düzgün deyil”.
Qeyd edək ki, artıq Sergey Yeliseyev Avropa Sambo Federasiyasının rəsmi saytına Bəxtiyar Abbasovun davranışını pisləyən açıqlama verib. O, Azərbaycan yığmasının üzvünün idmançıya yaraşmayan hərəkətə yol verdiyini bildirib. S.Yeliseyevin fikrincə, belə idmançı Dünya Kubokunun mükafatçısı olmağa layiq deyil: “Qaydaları və etikasını pozan idmançı yarışlardan kənarlaşdırılmalı və medaldan məhrum edilməlidir. İdmançının gələcək beynəlxalq turnirlərdə iştirakına dair qərarı FİAS-ın İntizam Komitəsi çıxarmalıdır”.

Short URL: http://www.cumhuriyyet.net/?p=20669

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031