Ölümdən qabaq yazılan son – Mesajlar

10.07.2015 - 01:20

mobil2Müasir dövrdə cinayətlərin böyük bir qismi texnologiyaların köməkliyi ilə çözülür. Xüsusən, Feysbuk yazışmaları, mesajlaşmalar ən təcrübəli qatilləri belə ələ verir. Çünki əksər insanlar təhlükə hiss etdikdə bunu öz yaxınlarına mesaj vasitəsilə çatdırırlar. Axar.az ölümdən əvvəl göndərilən mesajlar və onların tarixçəsi haqda yazını təqdim edir:

Ölsəm, bil ki…

2010-cu ilin avqust ayında 18 yaşlı ingilis Corciya spirtli içki içir və rəfiqələri ilə maşın sürməyə çıxır. Rəfiqələri onu fikrindən döndərməyə çalışsa da, Corciya sürəti azaltmır. Qorxmağa başlayan qızlardan biri – Mikeala Stivens öz sevgilisinə mesaj yazır: “Yalan demirəm, inan mənə, xahiş edirəm. Ölsəm, bil ki, səni həmişə sevmişəm”.

Bundan sonra Corciyanın idarə etdiyi avtomobil teleqraf dirəyinə çırpılır və maşındakılar ölür.

Son mesaj və avtomobil qəzası

2012-ci ildə kanadalı Emi Brok sükan arxasında olarkən öz sevgilisinə mesaj yazır: “Mən də səni sevirəm. Bundan sonra əlimdən gələni edəcəm ki, biz xoşbəxt olaq, cənab Fort”. Bu xanım Eminin yazdığı son mesaj olur və o, qəza törədir. Eminin ölümündən sonra həyat yoldaşı maşın sürərkən telefonla danışan və mesaj yazan insanların sayını azaltmaq üçün yeni layihəyə start verir və bu tip qəzaların qarşısını almaq, sayını azaltmaq üçün əlindən gələni edir.

Beysbol taxtası ilə cinayət

Belçikalı Maura öz oğlu ilə birgə ögey qızı Stefanini öldürmək qərarına gəlir. Qızın atası evdə olmayanda Maura oğlu ilə qızın otağına daxil olur. Bütün cəhdlərinə baxmayaraq, Maurayla oğlu qızı evdən çıxmağa qoymur. Beysbol taxtası ilə Stefanini vurmağa başlayırlar. Yerə yıxılan Stefaninin öldüyünü düşünüb onu baqaja qoyurlar. Baqajda olarkən Stefani atasına mesaj yazır:

“Ata, kömək elə. Maura məni öldürür”

Stefanini qətlə yetirəndən sonra Maurayla oğlu onun cəsədini gizlədirlər. Amma Stefaninin atasına yazdığı mesaj polisə qatilləri müəyyən etməkdə kömək edir.

O, düz bizim üstümüzə gəlir

Arkanzasdan olan ana hələ də oğlunun 2014-cü ildə Tornado zamanı ona yazdığı son mesajını xatirə kimi saxlayır. Qadın maşınla evə tələsərkən oğlu ona hamamdan mesaj yazır: “Ana, əlvida… O, düz bizim üstümüzə gəlir”.

Bu mesajı alandan sonra qadın nə qədər oğluna zəng etsə də, onunla əlaqə saxlaya bilmir.

Bərə qəzası və tapılmayan meyit

Koreyanın Sevol bərəsinin qəzaya uğradığı zaman çox sayda insan həyatını itirdi: kimsə ailəsilə vidalaşarkən, kimsə də sağ qalacağına ümid edirdi.

Bərə qəzası zamanı orda olan qızlardan biri atasına yazır: “Ata, biz qızlarla gəminin dəhlizindəyik. Əynimizdə xilasedici jilet var, narahat olma. Burda adam çoxdur”.

Mesajı yazan qızın cəsədi qəzadan günlər keçsə də, davam edən axtarışlar zamanı tapılmır.

Gözəl gecə üçün təşəkkürlər…

2013-cü ildə britaniyalı Geyl Kroker əri ezamiyyətdə olan zaman sevgilisinə mesaj yazır: “Hər şey əla idi. Gözəl gecə üçün təşəkkürlər”.

Geyl səhvən yazdığı mesajı öz ərinə yollayır. Əri evə gələndə onlar mübahisə etməyə başlayırlar. Xanım ərindən üzr istəyir. Səhəri gün əri işə gedəndə Geylin telefonunu sındırır. Evə qayıdanda isə Geylin intihar etdiyini görür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=27931

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930