Məşhur iş adamının meyiti tapıldı
“Mis kralı” ləqəbiylə tanınan məşhur iş adamı Cüneyt Əli Turqutun atası Mehmet Turqutun cəsədi basdırılmış olaraq tapılıb.
Musavat.com-un məlumatına görə, hadisə ilə bağlı İstanbulun 5 rayonunda əməliyyat aparılıb və 19 nəfər həbs olunub.
Mehmet Turqut İstanbulda 19 gün əvvəl müəmmalı şəkildə itkin düşmüşdü. Daha sonra bir nəfər zəng edərək onun azad edilməsi üçün ailəsindən 5 milyon avro istəmişdi. Lakin zəng edən adamdan daha sonra səs çıxmayıb. Türk polisi hadisədən sonra dərhal hərəkətə keçib. Dəlillər toplandıqdan sonra iş adamını qaçıranların kimliyi müəyyənləşdirilib. Həbs olunanlardan birinin məşhur narkotik taciri olduğu qeyd edilir.
Qeyd edək ki, Mehmet Turqut Türkiyənin “saat nəhəngi” sayılan “Dosat Saat” şirkətinin qurucusudur.
Short URL: http://www.cumhuriyyet.net/?p=28317