Şuşa – ruhumuzun əsir düşən hökmdarı FOTOLAR
23 ildir erməni əsirliyində olan gözəllər gözəli Şuşamızın yeni görüntüləri yayılıb. Anspress-in məlumatına görə, fotoları Bəhruz Əsədbəyli adlı “Facebook” istifadəçisi öz səhifəsində paylaşıb. O, fotoların yeni olduğunu qeyd edib.
Şuşa 1992-ci il mayın 8-nə keçən gecə erməni birləşmələri tərəfindən işğal edilib. Ermənilər Şuşa üzərinə hücum əməliyyatının məxfi adını ermənilər “dağlarda toy” adlandırırdılar.
8 may 1992-ci il tarixdə Qarabağ cəbhəsinin komandanı Arkadi Ter–Tadevosyan Şuşa şəhərinə hücum üçün əmr imzaladı. Əslində isə ermənilərin Şuşa üzərinə hücumlarının icrasına artıq aprel ayının 27-dən başlanıb. Arkadi Ter–Tadevosyan bu əmri isə cəbhə boyu ermənilərin hücumlarını rəsmləşdirməklə bərabər bu hücumları daha da intensivləşməsinə səbəb oldu.








Short URL: http://www.cumhuriyyet.net/?p=29193