Marsda qadın göründü – FOTO
Amerika Milli Kosmik Agentliyinin (NASA) Marsdan paylaşdığı fotoşəkildəki bir detal sosial şəbəkələrdə müzakirə mövzusu olub. NASA-nın kəşfiyyat aparatı “Curiosity”in çəkdiyi fotoşəkildəki bir görüntü kosmosdakı qadına bənzədilib.
Sosial şəbəkədə bəziləri qadının uzaqdan dünyaya, ya da onu qeydə alan “Curiosity” aparatına baxdığını bildiriblər. Bəziləri isə onu ilk eroziyada yıxılacaq heykələ bənzəyən qaya parçasına bənzədiblər.
Qeyd edək ki, daha əvvəllər NASA-nın dərc etdiyi fotoşəkillərdəki bir görüntü hörümçək və xərçəngə bənzədilmişdi.

Short URL: http://www.cumhuriyyet.net/?p=29319