Osmanlı Sultanı Abdulhəmidin ingilislərə qurduğu bir əsrlik tələ – Sensasion faktlar

22.08.2015 - 00:37

rrMüasir tarixdə İngiltərənin ən böyük baş bəlası olan İrlandiya Azadlıq Təşkilatının yaradılmasında türklərin böyük rolu olduğu üzə çıxıb. Avropa.info xəbər verir ki, türkləriniİrlandiyalılarla olan əlaqəsi Osmanlı Sultanı Abdül Məcidin zamanına qədər gedir.

19-cu əsrin əvvəllərində irlandiyalılar ingilislərə qarşı mübarizə aparırdılar. Katolik irlandiyalılar, qəbul etmədikləri Anqlikan Kilsəsinə vergi vermək istəmirdilər. İrlandiyalılar ingilislərdən din və dil kontekstində ayrılırdılar.

Ancaq 1840-cı illərdə İrlandiyada böyük bir qıtlıq baş verdi . İrlandiyanın yoxsul əhalisinin əsas istifadə etdiyi kartof istehsalı süqut etmə vəziyyətinə gəldi. 800 min adam öldü, irlandiyalıların mübarizəsi zəiflədi.

Türklər bu vəziyyətdən istifadə edərək 1847-ci ildə Sultan Abdül Məcidin əmri ilə üç gəmi kartof yardımını İngiltərə Kraliçası Viktoriyanın bütün maneələrinə baxmayaraq İrlandiyaya göndərdi.

Gəminin Dublin limanına yaxınlaşmasına ingilislər mane olamaq istəsə də, gəmi yüklərini Drogheda limanına boşaltdı. Bu tarixi an İrlandiya – Osmanlı münasibətlərinın sıxlaşmasına səbəb oldu.

İrlandiyalılar Sultan Abdül Məcidə minnətdarlığını bəxş edən bir təşəkkür məktubu göndərdilər.

İrlandiyalılar bunu unutmadılar. Drogheda şəhərinin “Drogheda United” futbol komandasını qurarkən ay ulduz emblem seçdilər. Sonradan bu komanda hətta İngiltərə Primyer Liqasında da oynadı.

Bu əlaqə Sultan Abdülhəmidin zamanında da davam etdi . İrlandiyalıların intensiv və fəal olduğu Portsmout şəhərində kəşfiyyat işi aparan Abdülhəmidin şəhərə böyük töhfələri oldu. “Portsmout” komandası yaradıldı və onun da emblemi ay ulduz oldu.

1800-cü illərin ikinci yarısında Sultan II Abdülhəmid hakimiyyətdə idi. Dünya birinci dünya müharibəsinə gedirdi və ölkələr səflərini yavaş-yavaş müəyyən edirdi, Beynəlxalq arenada Osmanlı və İngiltərə arasındakı gərginlik gedərək artırdı. Abdülhəmid İrlandiya ilə əlaqələrin gücləndirilməsi yolunu seçdi.

1880-ci ildə Abdülhəmid “Ulduz Kəşfiyyat Təşkilatını” qurdu. Bu mühüm hadisə irlandiyalılara da təsir etdi. Təşkilatın əsas simalarından biri Kuşçubaşı Əşrəf idi. Əşərəf əvvəllər Abdulhəmidə müxalif olmuş və bu səbəbdən Hicaza sürgünə göndərilmişdi. Lakin onun siyasi xətti Abdulhəmidin İngiltərəyə qarşı olan siyasi xətti ilə birləşdi.

Sultan Abdülhəmid Hicaza dəmiryolu inşa etməyə başlayanda ingilislər bu yolun müsəlmanları birləşdirəcəyindən narahat olub, bölgədə qarışıqlıq çıxarmağa başladılar. Birinci Dünya Müharibəsi zamanı region cəbhəyə çevrildikdə məşhur ingilis casusu Lourens bölgədə çıxarılan iğtişaşlarda baş rolu oynadı.

Kuşçubaşı Əşrəf şəxsən özü Lourens ilə mübarizəyə başladı. Təşkilatın üzvlərindən biri Heybərdə yaralı olaraq ingilislərə əsir düşdü. Bu zaman Kuşçubaşı Əşrəf Lourensə tarixə bir məktub göndərdi:

“Lourens qazandığını güman edirsən. Ancaq hələ heç bir şey bitmədi. Hökumətinin başına elə bir oyun açacağıq ki, 2 əsr məşğul olsanız bitirə bilməyəcəksiniz.”

Kuşçubaşının bu bəyanatı İrlandiyanın müstəqillik mübarizəsinə Osmanlının yardımından ibarət idi.

Sonradan Sultanın əmri ilə Əşrəf İrlandiya Respublika Ordusunun təşkilatlanmasına başladı.

1900-cü illərdə İrlandiya müstəqillik mübarizəsinə başladı. İrlandiya İngiltərənin nəzarəti altında ikən 1916-cı ildə böyük üsyan başladı. Lakin üsyan yatırıldı və 15 nəfər edam olundu. Bu irlandiyalıların daha da qəzəbinə səbəb oldu. 1919-cu ildə İrlandiya Qurtuluş Savaşı başlandı. 1922-ci ildə İrlandiya Ordusu yaradıldı və bu ordu İngiltərənin ən böyük baş bəlası oldu.

Osmanlı-İrlandiya əlaqəsini təsdiq edən məlumatları ingilis mənbələrində də görmək mümkündür. Məsələn, məşhur ingilis yazıçısı Trevanianın “Shibumi” əsərində “Bu irlandiyalılar pul üçün həyat yoldaşlarını da Osmanlı sultanına satırlar” deyə bir cümlə keçir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=30028

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2023
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031