Eldar Əzizov icra başçısını necə “satdı”?
“Bir sıra elektron informasiya vasitələrində Trend informasiya agentliyinə istinadən Hesablama Palatasının apardığı yoxlamaların nəticələri açıqlanaraq qeyri-dəqiqliyə yol verilib”. Bu barədə Səbail RİH-dən mediaya verilən açıqlamada deyilir.
Həmin açıqlamanı olduğu kimi təqdim edirik: “RİH-dən bildiriblər ki, aparılan yoxlamalar son 5 il ərzində Səbail rayon Mənzil kommunal təsərrüfatı birliyinin fəaliyyəti ilə bağlı olub və həmin illərdə Eldar Əzizov Səbail rayonunun deyil, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı olub, Səbail rayonuna isə 2015-ci ilin sentyabr ayından başçı təyin olunub”. RİH qeyd edib ki, qeyri-dəqiq, yoxlanmamış məlumatların yayılması isə yalnız gülüş doğurur.
Bu açıqlamanın digər bir pərdəarxası məqamı isə sabiq icra başçısını açıqdan açığa və həm də haqlı olaraq məsuliyyət altında qoymaqdır.Xatırladaq ki, Eldar Əzizovdan öncə Səbail rayonuna Asif Əsgərov rəhbərlik edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=50049