MTN bandasının şantaj videoları tapıldı

24.02.2016 - 10:45

eldar-mahmudovMilli Təhlükəsizlik Nazirliyi rəhbərliyinin insanları şantaj üçün istifadə etdiyi gizli çəkilişlər olan videomateriallar tapılıb.

Məlumatı azadliq.info yayıb. Sayt bildirir ki, hazırda istintaq bu şəbəkənin şantaj əməliyyatlarını araşdırır. Xəbərə görə, şəbəkənin üzvlərindən bir neçəsinin, xüsusilə Akif Çovdarovun nəzarətində əyləncə mərkəzləri, hotel və restoranlar olub ki, ora video kameralar yerləşdirilib. Həmin obyektlərdə dincələn vəzifəli, yaxud imkanlı şəxslər sonradan videogörüntülərlə şantaj olunub.

Eldar Mahmudovun şəbəkəsinin zərərsizləşdirilməsi ilə bağlı əməliyyatlar zamanı dəstə üzvlərindən bir neçəsinin evindən şantaj videoları çıxıb. İstintaq bu məsələni daha dərindən araşdıraraq hansı vəzifəli şəxslərin MTN-nin şantajına qalmasını üzə çıxarmağa çalışır. İstintaqda şübhələr var ki, bəzi məmurlar şantajın qurbanı olaraq hələ də şəbəkəyə xidmət göstərə bilər.

Short URL: http://www.cumhuriyyet.net/?p=55193

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728