“Mothercare”də endirim biabırçılığı

17.07.2016 - 11:16

rr-174Bakıda fəaliyyət göstərən “Mothercare” mağazalar şəbəkəsi endirim adı ilə müştərilərinə hörmətsizlik edib.

“Qafqazinfo”ya müraciət edən müştərilər dünəndən mağazanın həm sosial şəbəkələrdəki səhifəsində, həm də daimi müştərilərə 1 neçə gündür ki, 50 faiz endirim olacağı ilə bağlı məlumat göndərildiyini qeyd ediblər.

Fürsətdən istifadə etmək istəyən analar və hamilə qadınlar sözügedən şirkətin mağazalarına üz tutublar:

““Mothercare”nın Atatürk prospektində fəaliyyət göstərən mağazasında iynə atsaydın yerə düşməzdi. Ən pis mənzərə isə kassa qarşısında idi-100-ə yaxın müştəriyə cəmi iki kassa xidmət edirdi. Saatlarla növbə gözləməyimizə etiraz edəndə menecerlərin təzyiqlərinə məruz qaldıq. Hələ növbə üstündə dalaşan xanımlar, huşunu itirən hamilə qadın… Bütün bu hadisələr məşhur mağazada bu gün demək olar hər saatdan bir baş verirdi. Maraqlıdır ki, illərdir uşaq paltarları satan mağazalar şəbəkəsi hələ də müştəri ilə davranışı öyrənə bilməyib”.

Müştərilər vəziyyətdən narazı olsalar da, saatlarla növbə çəkdiklərini də qeyd ediblər. Onlar hər il bu mənzərə ilə üzləşdiklərini deyirlər. Amma “Mothercare” mağazasının rəhbərliyi illərdir bu problemi həll edə bilmir və ya etmək istəmir.rr-174

Onu da qeyd edək ki, sözügedən mağazanın feysbuk səhifəsində də müştərilər kassadakı növbəyə görə narazılıqlarını ifadə ediblər. Alıcılar əlavə ediblər ki, mağazada kondisioner və havalandırma sistemi də söndürülüb.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=70008

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930