Təhsil Nazirliyinin şöbə müdiri Rauf Orucovun dəstəyi ilə Sabirabad təhsiilində ÜSYAN YETİŞİR

18.07.2016 - 18:18

Təhsil nazirliyiElektron poçtumuza Mehdi Kərimli tərəfindən şikayət məktubu daxil olmuşdur. Müraciəti olduğu kimi dərc edirik:
Təhsil nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Rauf yaxınları. o cümlədən məktəb müəllimi Abbas Əliyev Sabirabadda yaşayır. Rayon təhsili ilə bağlı dəllalığı da elə onun vasitəsilə edir. Çünki, əmioğlu da həmişə onların qulluğunda olub. Abbasın Əhəd adlı oğlu 8 saylı şəhər məktəbində müəllim işləyəndə 9-cu sinif şagirdini zorladığına görə məsuliyyətə alınıb, müəllimlikdən uzaqlaşdırımaq təhlükəsi yarananda yenə Rauf köməyə çatıb. Onu xilas edərək Saatlı rayonunun Yeni Novruzlu kənd məktəbinə direktor göndərib. Burada da o məktəbi fəlakət həddinə çatdırdığına görə, ona-buna atdığı üçün məhkəməyə verilib, bu gün də işi korrupsiya idarəsindədir. Müəllimə yaraşmayan hərəkətlərə yol verdiyi üçün bu dəfə də o müəllimlikdən birdəfəlik uzaqlaşdırılmalıydı. Ancaq yenə də onun dadına əziz-xələfi Rauf çatıb. Bu ilin aprelində Əhədi Qalağayın kənd orta məktəbinə müdir göndərmək istədi, ancaq kollektiv yığışıb onu rədd etdi.
Rauf uzun illər sabirabad təhsilinə əl uzadıb. Bu bögənin məktəbləri onun biznesinə çevrilib. Haqq-hesabla kimi istəyib direktor qoydurub, kimi də vəzifədən çıxardıb yerinə karrıca pulu olan birisini yerləşdirib. Bu şəxs ötən ilin okyyabr-noyabr aylarında “yoxlama”lar adı ilə uzun illər Sabirabad təhsilinə vurduğu zərbənin ən ölmcüsünü vurdu. Özü də məktəblərdə apardığı qərəzli yoxlamalardan çox qazanclı çıxdı. Əmisi oğlunun müəllimi işlədiyi N.Nərimanov adına məktəb-litseyin direktoru Elşad Şərifovdan və E. Nadirov adına 9 saylı şəhər tam ortaməktəbin direktoru Etibar Həsənovdan ayrı-ayrılıqda 5 min manat çırpışdırdı. Rayonda yenicə yaranan təhsil üzrə 12 saylı maliyyə mərkəzinə müdir də tapdı. Bu Mədəniyyət və turizm şöbəsinin mühasibi Elxan Əsədov idi. Sabirabad rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılovla əlbir olub Elxanı bu vəzifəyə “ən layiqli” namizəd bildilər, ondan deyilənə görə 100 min dollar qopardılar. Bu dövlət məmurlarının gözünü pul elə örtdü ki, Əsədovun özünün və ailəsinin qatı müxalifətçi olmasına, yaşının 65-i haqlamasına, hətta diplomunun saxta olmasına belə göz yumdular. Üstəlik iclaslarda özününün açıq-açığına dediyi kimi 30 min manata ciddi pisixoloji problemləri olan qızı Könülü Raufun sayəsində boşaldılmış Nizami Gəncəvi adına orta məktəbə direktor qoydular.
Doğrudur hazırda Raufun “yoxlama bandası”nın işini korrupsiya idarəsi araşdırır. Həmin “banda”nın üzvlərindən çoxu vəzifədən qovulub. Nədənsə yenə Rauf kölgədə gizlənib. Yenə də Sabirabadda çax-çuxunu edir. Bu yaxınlarda Elxan Əsədovun yeznəsi Azər Ağayevi Səməd Vurğun adına şəhər orta məktəbinə təsərrüfat işləri üzrə direktor müavini təyin edib.
Təəccüb doğurur. Necə olur ki, bu dövləti sevməyənlər, küncdə-bucaqda dövlətçiliyə meydan oxuyanlar, nəhayət saxtakarlıqla pullaşıb Rauf kimi, Nazim kimi məmurları əl buyruqlarına çevirənlər meydan sulayırlar. Bir neçə gün əvvəl Korrupsiya idarəsi gördüyü işlərin nəticəsini açıqladı. Niyə həmin cinayətlərin sırasında bu faktlar yoxdur? Məgər onlar 170 min əhalinin gözü qarşısında törədilən bu böyüklüyündə korrusiyanı görmürlər. Görmürlər ki, dövlətə nifrət edənlər, saxtakarlar vəzifəyə necə və hansı yolla gətirilir. Axı Prezidentimiz dəfələrlə belə məmurlara xəbərdarlıq edib, deyib ki, özlərini yığışdırsınlar. Nəticəsini görürsünüz.
Təhsil naziri Mikayıl Cabbarov bəs hara baxır?! Deyir təhsildə korrupsiya yoxdur. Bəs bu nədir ?! Saxta diplomlu, 65 yaşlı birisinin qara gözlərinə aşiqdirlər. Onun qızı ağır nevroz xəstəsi Könül Əsədova vur-tut 5-6 ay işlədiyi ən böyük orta məktəbə direktor necə gətirildi? Necə oldu ki, minlərlə iş axtaran Yeni Azərbaycan Partiyasının üzvü dura-dura Cəmil Həsənlinin müşahidəçisi və Pənah Hüseynin vəkili Azər Ağayevi hansı xidmətlətinə görə təhsildə vəzifəyə qoydular. Necə olur ki, korrupsiyanın bütün budaqlarını gəzən Rauf kimilər yenə də sizin qulağınızın dibində oturub. Cənab Nazir inanın ki, çox tezliklə cavab tapa bilməsəniz bu suallar sizi bitirəcək.
İnanın ki, bax belə dəhşətlər sabirabadlıları üsyana sürükləyir. Artıq onun işartıları görünür.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=70240

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930