Lənkəran təhsilində rüsvayçılıq: RƏSMİ İFŞA

21.08.2016 - 01:22

12 məktəb üzrə ali məktəblərə qəbul olan olmayıb, 2 kənd məktəbdən isə heç bir məzun sənəd verməyib

lenkeran1Hesablama Palatasının Lənkəran şəhər Təhsil Şöbəsində apardığı monitorinq nəticəsində ilginc faktlar aşkarlanıb. Gununsesi.info məlumat verir ki, Hesablama Palatasının apardığı audit tədbirləri nəticəsində son tam dərs ilində (2014-2015) rayon üzrə təhsilini (tam orta) başa vurmuş 1735 şagirdin 97,9 faiz attestat aldığı, onlardan yalnız 51,3%-i qəbul imtahanlarında iştirak etdiyi məlum olub. Bu imtahanların nəticələrinə görə rayon üzrə 360 nəfər tələbə adını qazanıb.
Audit olunan dövrdə Şöbə tərəfindən ümumilikdə 50,8 milyon manat məbləğində vəsait icra edilib, 2013-2015-ci illər üzrə ayrılmış vəsaitlərin icra səviyyəsi müvafiq olaraq 95,1%, 95,7% və 93,9% təşkil edib.
Qəbul imtahanlarının nəticələrinə görə rayon abituriyentlərinin ana dili, ədəbiyyat, riyaziyyat, fizika, kimya, tarix, coğrafiya və ingilis dili fənləri üzrə göstəriciləri respublika üzrə orta göstəricidən aşağı olub.
Müəyyən edilib ki, Şöbənin tabeliyində olan ümumtəhsil məktəblərində, əsasən, Azərbaycan dili və ədəbiyyat, fizika, kimya, informatika, fiziki tərbiyə və ingilis dili fənləri üzrə ümumilikdə 467 saat vakant dərs olub, ixtisaslı kadr çatışmazlığı səbəbindən həmin saatlar yaxın ixtisaslı pedoqoji kadrlar və saathesabı üzrə qonşu məktəblərdən olan müəllimlər tərəfindən tədris edilmiş və nəticə göstəricilərinə təsir edib. Belə ki, 12 məktəb üzrə ali məktəblərə qəbul olan olmayıb, 2 kənd məktəbi üzrə qəbul imtahanı üçün sənəd verilməmiş, 2 kənd məktəbi üzrə isə qəbul imtahanlarından toplanmış orta bal 100 baldan aşağı olmuşdur.
Əmək haqlarının ödənilməsi ilə bağlı araşdırılma nəticəsində müəyyən edilmişdir ki, Şöbə tərəfindən mövcud təlimat və qaydaların tələblərinə düzgün əməl edilməyərək tədris-təcrübə sahəsinə rəhbərlik, kabinə müdirliyi, emalatxanaya rəhbərlik üçün əlavə haqq, şagird sayı normadan az olan siniflərin yarımqruplara bölünməsi nəticəsində artıq tarifləşdirilmiş dərs saatları, həmçinin şagirdlərin sıxlığının gözlənilməməsi və az komplektli ibtidai siniflərdə komplektləşmə aparılmaması nəticəsində paralel və artıq saxlanılmış sinif komplektləri üçün artıq əmək haqqı ödənilmişdir. Məzuniyyət günləri ilə üst-üstə düşən bayram günlərinin məzuniyyətin təqvim günlərinə daxil edilməsi və artıq hesablanmış iş günləri üçün əmək haqqı ödənilməsi, gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi ilə bağlı müvafiq qərarla təsdiq edilmiş müddətlərin gözlənilməməsi səbəbindən artıq əmək haqqı və kompensasiya ödənilməsi hallarına yol verilib.
Təhsil şöbəsi tərəfindən auditin əhatə etdiyi dövrdə keçirilmiş ümumilikdə 48 satınalma prosedurunun araşdırılması ilə alınmış malların (işlərin və xidmətlərin) qiymətinin orta bazar qiymətindən və respublikanın digər rayon (şəhər) təhsil şöbələri üzrə eyni növ malların alış qiymətindən fərqli olduğu, satınalmalar zamanı əksər hallarda yeni yaranmış, müvafiq sahədə təcrübəsi olmayan, nizamnamə kapitalı çox az olan, bir sıra hallarda isə dövriyyəsi olmayan müəssisələrin qalib elan edildiyi müəyyən olub. (gununsesi.info)

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=73559

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031