Hacı Mazan Masallıda dövlətə meydan oxudu: Müğənniyə görə polisi döymək istədi

15.12.2016 - 11:11

Bir neçə gün öncə Masallı rayonunda DYP əməkdaşı və tanınmış şou-biznes ulduzlarının iştirakı ilə qalmaqallı hadisə baş verib. Editor.az xəbər verir ki, Masallıda yerləşən “Viləş” otelində təşkil edilən əyləncəli proqramda iştirak etmək üçün rayona gələn müğənni Xatirə İslam və Aşıq Əlinin içərisində olduğu avtomobilə yol hərəkəti qaydalarını pozduğu üçün rayon yol patrul xidmətinin Vasif Ələsgərov adlı əməkdaşı tərəfindən saxlama əmri verilib. YPX əməkdaşı saxlanılan avtomobilin sürücüsünə qayda pozutusuna yol verdiklərini izah edərək, avtomobilin sənədlərini təqdim etməsini xahiş edib.
Lakin maşında olan Aşıq Əli polisin qanuni tələbinə əməl etməyərək, YPX əməkdaşını hədələyib. YPX əməkdaşının israrla sənədləri istədiyini və tabesizlik göstərəcəkləri təqdirdə post-patrul xidmətinin əməkdaşlarının çağrılacağı ilə bağlı xəbərdarlıq etdiyini görən Aşıq Əli onları qonaq çağıran “Viləş” otelinin sahibi, məşhur iş adamı Hacı Mazan kimi tanınan Ramazan Zeynalova zəng edib.
Hacı Mazan hadisə yerinə gələrək onun qonaqları olan Xatirə İslam və Aşıq Əlinin avtomobilini saxladığı üçün yol patrul xidmətinin əməkdaşı Vasif Ələsgərovu təhqir edib, döymək üçün üzərinə hücuma keçib. Yalnız digər polis əməkdaşlarının köməyi sayəsində V.Ələsgərov döyülməkdən qurtulub. Hacı Mazan YPX əməkdaşına qəzəblənərək, onu xidmətdən uzaqlaşdıracağı ilə hədələyib. Masallı rayon YPX əməkdaşları hadisə ilə bağlı rayon polis şöbəsinin rəhbərliyinə məruzə etsələr də, Hacı Mazanın adını eşidən şöbə rəhbərliyi YPX əməkdaşına susmağı tövsiyyə ediblər.
Qeyd edək ki, Hacı Mazan kimi tanınan iş adamı Ramazan Zeynalovun adı indiyədək bir sıra qalmaqallarda hallanıb. Hacı Mazanın oğlu Bayram Zeynalov isə hazırda Sumqayıt şəhər Dövlət Yol Polisi idarəsinin rəisidir./Editor.az

Short URL: http://www.cumhuriyyet.net/?p=84427

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Fevral 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
2425262728