Sumqayıt şəhər 22 saylı orta məktəblə bağlı cinayət işi: Direktorun təqdimatıda verilib, amma…

16.02.2017 - 23:52

Sumqayıt şəhər 22 saylı orta məktəblə bağlı Sumqayıt Şəhər Prokurorluğunda cinayət işinin açılmasından bəhs etmişdik. Həmin yazıda cumhuriyyet az olaraq bildirmişdik ki, Bu məktəbin də adı tez-tez qalmaqallarda, müəllimlər və direktor arası intriqalarda, valideyn narazılıqlarında hallanır. Bu yaxınlarda baş vermiş və mətbuatda geniş işıqlandırılmış iki hadisə məktəb haqqında kifayət qədər təsəvvür yaratmağa, fikir sahibi olmağa imkan verir. Bir müddər öncə tarix müəlliminin şagirdi amansızcasına döyməsi, onu təhqir etməsi cəmiyyətin bütün təbəqələrinin kəskin etirazına səbəb olmuş, həmin müəllim işdən azad edilmiş, direkror Tahirə Cəfərovaya töhmət verilmişdir. Bundan başqa məktəbin müdirinin qanunsuz olaraq məktəbə bir neçə laborant işə götürdüyü, əslində isə onların maaşlarını özü aldığı, belə demək olarsa məktəbdə “ölü canlar”ın hesabına sərvətinə sərvət qatdığı haqqında da məlumatlar getmişdi.
Bu əsrarəngiz olaylarla, direktorun özünü külli ixtiyar sahibi hesab etdiyi bu qalmaqallı məktəblə bağlı mövzuya bu gün bir daha qayıtmağımızın səbəbi etibarlı mənbələrdən aldığımız maraqlı bir məlumat oldu. Belə məlum oldu ki, sən demə Tahirə Cəfərovanın balaca krallığında sular bir az bulanıbmış və prokurorluq tərəfindən 22 saylı orta məktəblə bağlı işi qaldrılıbmış. Məsələ ilə bağlı daha ətraflı məlumat almaq üçün Sumqayıt Şəhər Prokurorluğu ilə əlaqə saxladıq. Prokurorluğun müstəntiqi Fərman Abdullayev cumhuriyyet.az-a adı çəkilən məktəblə bağlı cinayət işinin açıldığını təsdiqlədi. Məktəblə bağlı açılan cinayət işinin mahiyyətinə gəlincə, prokurorluq əməkdaşı bunun istintaq sirri olduğunu əsas gətirərək, ətraflı məlumat verməkdən imtina etdi. Baş verənlərlə bağlı əməkdaşımızın sualını cavablandıran məktəbin direktoru T.Cəfərova da məktəblə bağlı cinayət işinin açılmasını təsdiqləyib. O, bildirib ki, cinayət işinin açılmasına səbəb bir il öncə məktəbdə şagirdlərdən birinin döyülmə olayı ilə bağlıdır.
Bildirək ki, cumhuriyyet.az-a daxil olan məlumatlarda Sumqayıt Şəhər İcra Hakimiyyətinin məktəb direktorunun azad edilməsi ilə bağlı Təhsil Nazirliyinə təqdimat göndərməsi də bildirilirdi. Bu haqda cumhuriyyet.az-ın sualına gəlincə, məktəb direktoru bu məlumatı nə təsdiq, nə də təkzib etdi: “Bu barədə hər hansı bilgim yoxdur. Allah icra başçısınıncanını sağ eləsin. O, işləyənə qiymət verən insandır. Şəhərimizə gələndən təhsilin də, şəhərimizin də üzü gülür”.
Bütün bunlarla bərabər bildirək ki, övladları Sumqayıt şəhər 22 saylı orta məktəbdə təhsil alan bir qrup valideynlərin cumhuriyyet.az-a bildirdiyinə görə, cinayət işinin qaldırılmasının səbəbi məktəbdə 11-ci sinif şagirdlərinin pul müqabilində evə buraxılması, sinif otaqlarının müəllimlərə icarəyə verilməsi, məktəbdə yeyinti hallarının aşkar edilməsi və digər korrupsiya hallarının baş verməsidir. Maraqlı olan məqam odur ki, bütün bu neqativ halların baş verməsinə, məktəbin cəmiyyət arasında nüfuzdan düşməsinə, Təhsil Nazirliyinin və təhsil sisteminin adının ləkələnməsinə baxmayaraq direktor Tahirə Cəfərova haqqında lazımi ölçü götürülmür. Və yaxud götürə bilmirlər. Valideynlərin redaksiyamıza ünvanladığı məktubun sonunda şəhər rəhbərliyinin təhsilə diqqətindən söz açılaraq 22 saylı məktəblə bağlı da tədbir görüləcəyinə ümid edilir: “Ümid edirik ki, Baş verən bu və digər korrupsiya hallarına görə Sumqayıt şəhər rəhbərliyi və Təhsil Nazirliyi araşdırmalara başlayacaq və bu qanunsuzluqlar öz müsbət həllini tapacaq.”

Elçin Əmirov, Cumhuriyyet.az

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i1.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i2.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=88434

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Baş redaktor: Nəsimi Şərəfxanlı
Telefon:070 240 46 53
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN
Fevral 2017
BE ÇA Ç CA C Ş B
« Yan    
 12345
6789101112
13141516171819
20212223242526
2728