Elmar Vəliyevin qalmaqallı villası: zəbt edilən qonşu torpağı və gözmuncuğu

10.03.2017 - 10:07

“Gəncə şəhər İcra Jakimiyyətinin başçısı Elmar Vəliyevin Gəncə ş. 4 saylı orta məktəbin yanında tikdirdiyi villası “hökumət iqamətgahı”, “qonaq evi” kimi qələmə verilsə də, əslində bunun belə olmadığı hər kəsə bəllidir”. Cumhuriyyet.az xəbər verir ki, bu barədə dia.az-a məlumat verir: “ənbə bildirir ki, əslində Elmar Vəliyevin şəxsi mülki olan həmin villa sonradan yaxınlıqda yerləşən və sökülən hərbi hospitalın həyətinə birləşdirilərək əsl malikanə halını alıb. Qaynaq dia.az-a yazır: “Villa və malikanə aludəçiliyi ilə seçilən Elmar Vəliyevin Gəncənin mərkəzində bu ölçülərdə villanı hansı pulla tikdirməyini sual verməyə ehtiyac yoxdur. Gəncənin hal(sızlığ)ı da göz qabağındadır, Elmar Vəliyevin dəm-dəstgahı da”.
Qeyd edək ki, Elmar Vəliyevin villası ilə bağlı bu günlərdə də yerli KİV-lərdə ilginc iddialar səsələnmişdi. Deyilirdi ki, vətəndaşların əmlak hüquqlarına qəsdi ilə ad çıxaran Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “gözə” gələcəyindən narahat olub. Belə ki, bir müddət öncə gununsesi.info-nun verdiyii məlumata görə, belə ki, icra başçısı rəhbəri olduğu şəhərdə özü üçün inşa etdirdiyi villasının qapısında “göz muncuğu” asdırıb: “E. Vəliyevin evinin qabağından keçən insanlar isə bunu sadəcə, təbəssümlə və istehza ilə qarşılayırlar. Çünki onun yaşadığı villanı hansı pullarla inşa etdirdiyi kimsəyə də sirr deyil. Hətta, bu azmış kimi qonşularının onun həyətinə bitşik torpaq sahəsini də ələ keçirən icra başçısı onlara vəd etdiyi kompensasiyanı belə verməyib.
İcra başçısının villasından həmin görüntüləri təqdim edirik:
"Gəncənin hal(sızlığ)ı da göz qabağındadır, Elmar Vəliyevin dəm-dəstgahı da"
"Gəncənin hal(sızlığ)ı da göz qabağındadır, Elmar Vəliyevin dəm-dəstgahı da"

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=90051

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930