Binəqədidə keçmiş bələdiyyə sədri vətəndaşları üz-üzə qoyub

13.09.2017 - 01:01

Elman Salmanovun tamahının qurbanlarının sayı günbəgün artır…

Bakının Binəqədi rayonunun sabiq bələdiyyə sədri, adı sabiq MTN generalı Akif Çovdarovla bağlı qalmaqalda hallanan Elman Salmanov xeyli sayda vətəndaşı üz-üzə qoyub. Bu barədə cumhuriyyet.az-ı etibarlı mənbə məlumatlandırıb. Mənbənin sözlərinə görə, bələdiyyə sədri işlədiyi dönəmdə rəhbəri olduğu qurumun sərəncamında olan torpaqları öz şəxsi mülkiyyəti kimi müxtəlif şəxslərə satan E.Salmanov, oturduğu kreslodan daha çox bəhrələnmək üçün qeyri-adi üsula əl atıb. Belə ki, bələdiyyə sədri satılan, lakin üzərində hər hansı tikinti işi aparılmayan bəzi torpaqları əsl sahiblərindən xəbərsiz ikinci dəfə başqa şəxslərə satıb. Hətta bununla bağlı onlara nüvafiq sənədlər də təqdim edib. Nəticədə, eyni torpaq sahəsinə iddialı olan vətəndaşlar arasında ciddi qarşıdurmalar, gərginliklər yaşanıb. Mənbə E.Salmanovun tamahının qurbanları ilə bağlı bir çox məsələnin bu gün də məhkəmə predmeti olduğunu, vətəndaşların üzləşdikləri problemləri məhkəmələr vasitəsi ilə aradanqaldırmağa cəhd etdiyini vurğulayıb.
Bilgili qaynağın sözlərinə görə, əslində E.Salmanovun A.Çovdarovla bağlı səsləndirdiyi iddia da dolayısı ilə bələdiyyə sədrinin torpaq biznesi ilə bağlı informasiyanın doğruluğuna dəlalət edir: “Sabiq MTN generalı A.Çovdarovla bağlı məhkəmə prosesində iştirak edən E.Salmanov bir nəfərin vasitəçiliyi ilə generala 150 min manat məbləğində pul göndərdiyini təsdiqləyir. E.Salmanovun sözlərinə görə, buna səbəb A.Çovdarovun onu təhdid etməsi olub. Şübhəsiz, adı bir çox qanunsuzluqlarda keçən A.Çovdrovun E.Salmanovu təhdid etməsi, ondan 150 min manat məbləğində pul istəməsi istisna deyil. Lakin burada daha incə məqam E.Salmanovun həmin vəsaiti heç bir problem olmadan A.Çovdarova çatdırmasıdır. E.Salmanov A.Çovdarova verdiyi pulu başqa adamlardan borc aldığını iddia etsə də, onun bələdiyyə sədri kimi ortaya qoyduğu fəaliyyət fərqli cür düşünməyə əsas verir. Başqa sözlə desək, çətin ki, bələdiyyə torpaqları hesabına qaz vurub qazan dolduran E.Salmanovun borc pula ehtiyacı olsun”.
Mənbənin sözlərinə görə, E.Salmanovun adı bu vaxta qədər mətbuatda bir çox qalmaqallı olayda hallanıb. Bunlardan da biri də açılışında ölkə başçısının da iştirak etdiyi Binəqədi Olimpiya Kompleksinin ərazisini icra başçılarından birinin qardaşına satması ilə bağlıdır.
Ümumiyyətlə, sabiq bələdiyyə sədri ilə bağlı ölkə mediasında yer alan informasiyaların araşdırılması E.Salmanovla bağlı bir çox gerçəyin gün işığına çıxmasını təmin edə bilər ki, bu da yüzlərlə haqqı tapdanan vətəndaşın maraqlarının müdafiəsi baxımından təqdirəlayiq addım olar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=99322

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930