“Grand Hospital”da ölən qızın atası: Həkim bizimlə üz-üzə gəlməkdən qaçır

14.12.2017 - 11:40

“Həkim İlqar Hüseynovun cəzalandırılması üçün əlimdən gələni edəcəm. Bu gün mənim övladım həkim məsuliyyətsizliyinin qurbanı olub. Yol verə bilmərəm ki, sabah başqalarının övladı da həkim savadsızlığının qurbanı olsun”.

Cumhuriyyet.net xəbər verir ki, bunu Modern.az-a açıqlamasında bir neçə gün bundan qabaq “Grand Hospital” xəstəxanasında dünyasını dəyişən 20 yaşlı Ayşən Mirzəyevanın atası Müşfiq Mirzəyev əməliyyatı aparan invaziv radioloq İlqar Hüseynovun işinə münasibət bildirərkən deyib.

Müşfiq Mirzəyevin sözlərinə görə, həkim telefonlara cavab vermir.

“Hadisədən sonra həkim bizimlə üz-üzə gəlməkdən qaçır. Telefonlara da cavab vermir. Bu gün ata-anası bizimlə barışığa gəlmək istədiklərini söylədilər. Amma biz buna razı olmadıq. Övladımın ölümündə o həkim günahkardır. Elədiyi cinayətə görə heç üzr də istəməyib. Ən böyük istəyim onun cəza almasıdır. Başqa heç nə istəmirəm”.

Qeyd edək ki, bir neçə gün bundan qabaq Bakıda “Grand Hospital”da həkim səhlənkarlığı və qeyri-peşəkarlığı ucbatından komaya düşən 20 yaşlı Ayşən Mirzəyeva dünyasını dəyişib. Mərhumun valideynləri əməliyyatı aparan invaziv radioloq İlqar Hüseynovun cəza almasını istəyirlər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=107319

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930