Cahangir Əsgərov “Abşeron” oteldə qalmaqal saldı

04.01.2018 - 11:13

 Bir neçə il əvvəl “Landmark” otelində qalmaqal yaratması ilə gündəmə gəlmiş AZAL prezidenti Cahangir Əsgərov bu dəfə “Abşeron” (Mariot) oteldə biabırçılıq edib.

Bakıdan AzEuroNews.com-a verilən məlumata görə, AZAL şefi məşhur “Abşeron” otelinin restoranında pomidor-yumurta çığırtması sifariş edib.

“Abşeron” oteli
“Abşeron” oteli

Peşəkar aşpaz komandasına malik olan və hər zaman vəzifəli, imkanlı, elit təbəqədən olan müştəriləri qarşılayan otel C.Əsgərovu razı sala bilməyib.

Qaba xasiyyəti ilə xarakterizə olunan baş pilotun ürəyindən pomidor-yumurta keçib və süfrəyə sifariş olunan yemək gətirilib.

Lakin C.Əsgərovun kobud şəkildə ofisianta etiraz etdiyi, bişirilən pomidor-yumurta çığırtmasını bəyənmədiyi iddia olunur.

AZAL prezidenti Cahangir Əsgərov
AZAL prezidenti Cahangir Əsgərov /

Ofisiantı acılayan AZAL şefinin narazılığını yanındakı adamları göz qırpmaqla ört-basdır ediblər.

Restoran personalı da, C.Əsgərovun çevrəsindəkilər də bir-birini anlayıblar ki, çığırtma olduqca ləziz hazırlanıb.

Sadəcə, şikayətlənmək AZAL prezidentinin xasiyyətidir və hər dəfəsində bir irad tutmağa səbəb tapır.

Məlumata görə, otelə ayrı-ayrı yüksək vəzifəli məmurlar təşrif buyururlar və onlar bəzən gözlənilməz sifarişlər verirlər.

Qeyri-iş günü olduğu üçün AZAL mətbuat xidməti ilə əlaqə yaratmağımız mümkün olmadı.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=109140

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31