Sumqayıtda analoqu olmayan səki – FOTO

04.01.2018 - 12:26

Sumqayıt şəhərində Heydər Əliyev parkına gedən yolda piyadalar üçün qəribə səki inşa edilib.

Şəhər sakinlərinin Axar.az-a verdiyi məlumata görə, Zülfi Hacıyev küçəsində, Heydər Əliyev parkına gedən piyada yolunun girişində qəribə səki salınıb. Sakinlər bildiriblər ki, sözügedən səkiyə çıxmaq nəinki qocalar, uşaqlar, fiziki imkanları məhdud şəxslər, hətta sağlam gənclər üçün də çətindir.

“Səki uzun müddətdir salınıb, lakin oradan keçib getmək çox çətin olduğuna görə hamı yolunu dəyişir. Gördüyünüz kimi, həmin hissədə piyada zolağı var. Lakin səki hündür olduğu üçün camaat yolu keçmək istəyəndə piyada zolağından yox, başqa tərəfdən keçir. Bu da əlavə problemlərə səbəb olur, parka gedən yolda uşaqlara təhlükə yaradır”, – sakinlər deyiblər.

Qeyd edək ki, standartlara görə, yol kənarında inşa edilən səkinin hündürlüyü yerdən 10 sm-ə qədər olmalıdır. Ancaq Sumqayıtda salınan bu səkinin hündürlüyü 40-50 santimetrə çatır.

 

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=109160

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31