Zakir Fərəcovun I müavinini işdən çıxardığı rəsmən TƏSDİQLƏNDİ

08.01.2018 - 13:39

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının I müavini Faiq Kərimovun tutduğu vəzifədən azad olunması ilə bağlı xəbər rəsmən təsdiqlənib.

Modern.az saytı yayılan məlumatı dəqiqləşdirmək üçün Sumqayıt Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlayıb.

İcra Hakimiyyətindən əməkdaşımıza bildirilib ki, I müavin Faiq Kərimov istefa ərizəsi yazaraq, icra başçısı Zakir Fərəcova təqdim edib. İcra başçısı isə bu gün Faiq Kərimovun işdən azad edilməsi barədə qərar qəbul edib.

İcra Hakimiyyətindən onu da bildiriblər ki, icra başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Lalə Hacıyeva da tutduğu vəzifədən azad olunaraq, İcra Hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəsi təyin edilib.

Hazırda Sumqayıt Şəhər İcra Hakimiyyətində iki müavin postu boş qalıb.
Xatırladaq ki, Sumqayıt Şəhər İcra Hakimiyyətində I müavin Faiq Kərimovun işdən çıxarıldığı barədə ilk xəbəri mia.az yaymışdı…

Short URL: http://www.cumhuriyyet.net/?p=109479

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31