Nazir Fazil Məmmədovun qudasını müddətsiz məzuniyyətə göndərdi – İndi hər iki quda işsizdir

10.01.2018 - 10:56

Yeni vergilər naziri Mikayıl Cabbarov müavini Namiq Əliyevi qeyri-müəyyən müddətə məzuniyyətə göndərib.

Cumhuriyyet.net report-a istinadən xəbər verir ki, nazir müavininin məzuniyyəti yeni ilin ilk iş günlərindən başlayıb.

Gözləntilərə əsasən, N.Əliyevin məzuniyyətdən qayıtmayacaq və onun yerinə yeni müavinin təyin olunacaq. Bu vəzifəyə artıq hazırkı təhsil nazirinin müavini Mətin Eynullayevin namizədliyinin irəli sürüldüyü bildirilir.

Qeyd edək ki, N.Əliyev 2004-cü, M.Eynullayev isə 2017-ci ildən nazir müavini kimi fəaliyyət göstərir.

Xatırladaq ki, Azərbaycan Prezidentinin 5 dekabr 2017-ci il tarixli sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olunub.

Qeyd edək ki, N.Əliyev keçmiş vergilər naziri Fazil Məmmədovun qudasıdır. Belə ki, keçmiş nazirin qızı nazir müavininin oğlu ilə ailə qurub.

Short URL: http://www.cumhuriyyet.net/?p=109616

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31